Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səninlə işləmək istəmirəm”


Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxslərin atdıqları ilk addım çox vaxt kollektivlə bağlı olur. Vəzifəyə yeni təyin olunmuş şəxs dərhal kadr islahatları aparır və öz komandasını formalaşdırır


Onun komandası bir növ özünə yaxın olan, etibar etdiyi şəxslərdən ibarət olur. Bu, ölkədə artıq bir ənənə halını alıb və vəzifəyə təyin olunan şəxsin öz komandasını formalaşdırmasına heç kim pis baxmır, buna daha yuxarı instansiyadan da heç bir etiraz edilmir. İlk baxışdan bu əlbəttə ki, təqdirediləsi hal kimi qəbul edilə bilər. Yəni, prosesə islahat aparılması, daha güclü və yeni komanda ilə işə başlanılması kimi yanaşıla bilər. Lakin bu zaman çoxlarının, hətta biz mətbuatın da diqqətindən kənarda qalan məqamlar yaşanır. Sual olunur ki, yeni vəzifəyə təyin olunan şəxs öz komandasını formalaşdırandan sonra əvvəlki heyətin taleyi necə olur? Bu kadrlar, köhnə rəislə bir yerdə uzun müddət işləmiş mütəxəssislər hara gedir, kimlə işləyir? Azərbaycanda yüksək vəzifəyə təyin olunan şəxslərin öz komandasını formalaşdırması və köhnə heyətlə vidalaşmasını göstərən yüzlərlə nümunə çəkmək mümkündür. Onların hər birini ayrı-ayrılıqda sadalamağa ehityac yoxdu. Çünki bu gün prosesləri izləyən hər bir kəs məsələdən xəbərdardır. Artıq bu bir sirr deyil ki, vəzifəyə təyin olunan şəxs istər nazir olsun, istər polis rəisi işə çıxdığı gün keçmiş heyətin ərizələrini almaqla məşğul olur. Sanki prezident seçkisində qalib gəlmiş şəxs öz yeni hökümətini, kabinetini formalaşdırılır. Yuxarıda qeyd etdiyimiz kimi buna onlarla, yüzlərlə misal gətirmək mümkündür. 

Məsələn, Azərbaycanda yeni vəzifəyə təyin olunan iki nazirin, təhsil naziri Mikayıl Cabbarovla müdafiə naziri Zakir Həsənovun imzaladıqları əmrlərin demək olar ki, 95%-i kadrların əvəzlənməsi ilə bağlıdır. Ancaq bu əvəzlənən kadrların sonrakı taleyi qeyd etdiyimiz kimi çox vaxt sual altında olur. Onların bir hissəsi əlbəttə ki, həmin sistemdə daha aşağı vəzifədə ya da digər bir işdə fəaliyyətini təqaüd yaşına qədər davam etdirir. Lakin bir hissəsi yaşının neçə olmasından asılı olmayaraq ümumiyyətlə həmin sistemdən gedir. Təkrar olaraq bildiririk ki, bu sahədə onlarla fakt sadalamaq mümkündür. Məsələnin məhz maraqlı tərəfi ondan ibarətdir ki, bu adamların hara göndərilməsi, sonrakı taleyinin necə olması ilə kimlər maraqlanmalıdır? Bu faktların ən çox baş verdiyi sahələrdən biri də Daxili İşlər Nazirliyi sistemidir. Bu sistemdə vəzifəyə təyinat alan rəisin kollektivdə özündən aşağıda olan şəxslərə dediyi ilk söz belə olur: “Mən sənlə işləmək istəmirəm”. 

Maraqlıdır ki, bu proses KİV-in özündə də var. Məsələn bir neçə il əvvəl İTV-yə baş direktor seçilən Cəmil Quliyev demək olar ki, televiziyadakı bütün rəhbər işçiləri dəyişdi. 

Məsələn, təxminən bir neçə ay əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan general Mirqafar Seyidov cəmi bir neçə gün sonra BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərovu, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyevi, onun müavini Mövsüm Qurbanovu, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyevi, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırovu və Katibliyin rəisi Namiq Aslanovu tutduqları vəzifədən azad etdi. Yaxşı, bu adamlar necə oldular? Axı onların əskəriyyəti tutaq ki polis polkovniki rütbəsinə qədər ucalmış və böyük təcrübə qazanmış şəxslərdir. Çox vaxt onlar müavin vəzifələrindən azad olunandan sonra təklif olunan aşağı vəzifələrdə işləmək istəmirlər və birdəfəlik ərizə yazıb qürurla təqaüdə getməyi üstün tuturlar. Belə olanda həmin şəxsləri işdən uzaqlaşdıranlardan soruşulmurmu ki, axı bu kadrın yetişdirilməsi üçün 20 il vaxt sərf olunub və dövlətin bu mütəxəssis üzərində nə qədər əməyi var.  Bu mövzunu yazmağımıza səbəb isə bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubovun bir neçə rayonun rəisini dəyişdirəndən sonra yeni rəislərdən bəzilərinin artıq təyin olunduqları rayonlarda öz komandalarını toplamağa başlamasıdır. Hətta artıq bir neçə rəis müavini vəzifəsində olan şəxsin ərizəsi alınaraq işdən uzaqlaşdırılıb. Sanki yeni rəis öz evində vəzifə bölgüsü aparırmış kimi davranır və kimlə istəyirsə, həmin adamlarla da işləyir. Əlbəttə ki, son vaxtlar xüsusilə də daxili işlər orqanlarında aparılan kadr yerdəyişmələri müsbət formada izah oluna bilər. Yəni artıq biz bir rəisin uzun illər bir rayonda hegemonluğunun şahidi olmuruq. 

Ancaq yaxşı olar ki, vəzifə təyinatlarından sonra rəislərin atdığı addımlar onların həyata keçirdiyi islahatların, kadr dəyişikliklərinin düzgün prinsiplər əsasında baş verməsi yoxlanılsın. Burada “öz adamımı işə götürəcəyəm” prinsiplərinə yol verilməsin. Peşəkar polis işçilərinin və hərbi mütəxəssislərin, loru ifadə etsək, küsüb getməsinin qarşısı alınsın. (qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar