Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səudiyyə Ərəbistanı İrana qarşı İsraillə birləşdi”



“Anti-Yəmən koalisiyasına Səudiyyə Ərəbistanı başçılıq etsə də, gücü və dəstəyi İsraildən alır”


Açıqlama ilə REAL hərəkatının İcra Katibi Natiq Cəfərli çıxış edib. O, İsrailin İranın bölgədəki gücünü azaltmağa çalışdığını bildirib:
 
 “Əslində Yəməndə çox ciddi Səudiyyə-İran qarşıdurması var. İran öz praqmatik və ardıcıl siyasəti ilə İraqda və Suriyada ciddi oyunçuya çevrilib. İraqda hətta İran qoşunları İŞİD-ə qarşı ABŞ instruktorları ilə birgə vuruşurlar. Yəməndə də İran son zamanlar ciddi söz sahibi olur. Yəməndə müxalifət “Husilər”dir, şiə tayfalarıdır, İran onlara ciddi dəstək verir, vuruşmağı bacaran qəbilələrdir. İran daha qlobal oynayır: son günlər Qərb-İran danışıqları son mərhələyə qədəm qoyub, çox güman ki, ilkin razılıq yaxın həftələrdə olacaq. 

Yəməndəki uğuru İranı danışıqlarda daha güclü edir, bu da ilk növbədə təbii ki, həm İsrailin, həm də Səudiyyənin xoşuna gəlmir. İsrail bacardıqca bu danışıqların uğursuzluqla bitməsinə çalışır, Səudiyyə də bu danışıqlardan məmnun deyil: Qərb-İran yaxınlaşması və anlaşması Səudiyyənin əhəmiyyətini azaldır. Buna görə də çox güman ki, indiki anti-Yəmən koalisiyasına Səudiyyə başçılıq etsə də, gücü və dəstəyi İsraildən alır. Bir sözlə, Yaxın Şərqdə daha bir ciddi oyun başlayır, arzu edək ki, bu təriqət davasını daha da qızışdırmayacaq, onsuz da bu bölgə qan çanağıdır”. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar