Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səudiyyə Ərəbistanından milyardlarla dollar cəlb edə bilərik”


“Dünyada kəşf edilmiş neft ehtiyatlarının ¼-dən çoxu Səudiyyə Ərəbistanının payına düşür və bu rəqəm kəşf edilən yeni yataqların hesabına getdikcə daha da artır”


“Dünyanın bir nömrəli neft ixracatçısı olan bu ölkənin gündəlik neft ixracının həcmı 9 milyon barelə yaxındır. OPEK-də həlledici mövqe sahibi olan bu ölkə dünya bazarlarında neftin qiymətlərinin formalaşmasında da genış imkanlara malikdir və bunun belə olduğunu bu ölkə dəfələrlə hamıya nümayiş etdirə bilib”.

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanın iqtisadi perspektivlərini şərh edərkən deyib.

Uzun illərdir Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərtərəfli münasibətlərin movcud olduğunu qeyd edən F.Yusifov bu münasibətlərin təməlinin 1994-cü ildə qoyduğunu xatırladıb: “Bu münasibətlərin təməli müstəqil Azərbaycanın Səudiyyə Ərəbistanına səfər etmiş ilk dövlət başçısı kimi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri məhz iki ölkə arasındakı mövcud iqtisadi əlaqələrin əsaslı şəkildə genişləndirilməsinə hesablanıb. Ümummiyəltə, bu səfər dünyada baş verən həm siyasi və həm də iqtisadi prosesler kontekstində çox səmərəli və tam yerinə düşəndir. Cənab prezident yaranmış situasiyanı dəqiq hesablayıb”.

Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinin və oradakı imkanlı iş adamlarının Azərbaycana marağının son dövrlər artdığını deyən F.Yusifovun fikrincə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün kifayət qədər ciddi səmərə verəcək.

BİAB sədri hesab edir ki, Azərbaycan bu ölkədən təkcə aqrar sektora milyardlarla dollar vəsait cəlb edə bilər: “Səudiyyə Ərəbistanında əkinlə məşğul olmaq həddən ziyadə baha başa gəlir. Suvarma üçün su yalnız böyük dərinliklərdən artizan quyuları vasitəsilə əldə edilir ki, bu da məhsulun maya dəyərinin çox baha başa gəlməsinə olmasına gətirib çıxarır. Digər tərəfdən, su ehtiyatları da getdikcə tükənmək üzrədir.

Səudiyyə Ərəbistanında torpaq da kənd təsərrüfat məhsullarının yetişdirilməsi üçün münbit deyil. Elə bu səbəbdəndir ki, hökumət artıq bir sıra məhsulların istehsalına verilən subsidiyaları dayandırıb. Bunun əvəzində isə Asiya və Afrikanın münbit torpaqlarının uzun müddətə icarəyə götürülməsi və həmin torpaqlarda əkinçiliyin təşkil edilməsi yolu ilə ölkənin ərzaq məhsullarına olan təlabatının ödənilməsinə qərar verilib. Səduyyə Ərəbistanı Ukraynanın aqrar layihələrinə bir milyard dollar vəsait ayırmaq barədə qərar qəbul edib. Bu imkanlardan Azərbaycan niyə yararlanmasın? Hesab edirəm ki, iqtisadi münasibətlərin dərinləşdirilməsi yolu ilə Azərbaycan çox böyük və hərtərəfli dvidentlər əldə edə bilər. Ümumiyyətlə, neft ölkəsi olan Azərbaycanın dünya neft sənayesində dominatlıq edən Səudiyyə Ərəbistanı Krallığı ilə əməkaşlığı daha da genişləndirməsi ölkəmiz üçün ancaq müsbət perspektivlər vəd edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar