Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sezen Aksunun layiq olduğu yer elə ermənilərin yanıdır”


Murad Arif: “Şəxsən mən bir pərəstişkarı kimi mövqeyinə görə onu çox qınayıram, çox məyusam...”


Akif Nağı: “Onun Azərbaycana gəlməsindən söhbət belə gedə bilməz”

Aysel Əlizadə: “O, bir ölkədə qan davasının, vətəndaş savaşının olmamasını istəyir, bunun nəyi pisdir ki?.. “

Bu günlərdə məşhur türk müğənnisi, eyni zamanda Azərbaycanda da çox sevilən sənətçi Sezen Aksunun ermənipərəst olması ilə bağlı mövzu yenidən gündəmə gəldi. Yerli mətbuatda onun illər öncə İstanbuldakı musiqi mərkəzində səsləndirdiyi fikirlər yenidən müzakirəyə səbəb olub. Belə ki, Fahir Atakoğlu ilə yanaşı, erməni Ara Dinkyanın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə oxuyan Sezen Aksu iki mahnı oxuduqdan sonra 1996-cı ildə təyyarə qəzasında həlak olmuş əri, erməni Onno Tunçdan danışıb:

“Bilirsiniz, Onno ermənidir və mən də 10 il ermənilərin gəlini oldum. Onlara canım qurban! Dolayısıyla bütün ermənilər, təbii ki, mənim qohumlarımdır”.

Müğənninin bu sözləri həm öz ölkəsində, həm də Azərbaycandakı pərəstişkarları tərəfindən təəssüflə qarşılanıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı məşhur müğənni və bəstəkar Sezen Aksunun ermənilər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. M.Kabakçı “Ölkə.Az”a açıqlamasında deyib ki, Sezen Aksunun kökündə erməni qarışığı var:

“Digər tərəfdən isə bu, Sezen Aksunun şəxsi fikirləridir. Onun ermənilər haqqında səsləndirdiyi fikirlərə Türkiyə cəmiyyəti dəstək vermir. Ümumiyyətlə, türk milləti heç bir xalqa qarşı düşmənçilik mövqeyində olmayıb. Harada işğalçılıq və zülm varsa, biz ona qarşıyıq və bu barədə fikirlərimizi də söyləməkdən çəkinmirik. Bu baxımdan da bizim azərbaycanlı qardaş və bacılarımızın yanında olmaq kimi milli vəzifəmiz var. Ona görə də Sezen Aksunun ermənilər haqqında xoş fikirlər səsləndirməsinə Türkiyə cəmiyyəti olaraq əsla dəstək vermərik. İnanın ki, heç bir türk ermənilər haqqında bu cür fikirlər səsləndirməz”.

AKP rəsmisi qeyd edib ki, Türkiyə demokratik ölkə olduğu üçün burada bütün millətlərdən olan insanlar yaşayır:

“Onların arasında kürdlər və ermənilər də var. Ancaq atalarımızın gözəl misalı var ki, hər kəs layiq olduğu yerə gedər. İndi Sezen Aksunun da layiq olduğu yer ermənilərin yanıdır. Azərbaycan xalqı tam əmin olsun ki, Sezen Aksu Türkiyə xalqı demək deyil və o, Türkiyənin mövqeyini də söyləyə bilməz. Türkiyənin ermənilərlə bağlı siyasəti bütün dünyaya bəllidir. Türkiyə qardaş Azərbaycana görə işğalçı Ermənistanla siyasətində bir addım da geri çəkilməyəcək. Türkiyə sonadək Azərbaycanın yanında olacaq. Bunun geri dönüşü yoxdur. Rəhmətlik Heydər Əliyevin də söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz eyni millətin nümayəndələriyik”.

Qeyd edək ki, Azərbaycanda Sezen Aksu pərəstişkarlarının sayı kifayət qədər çoxdur. Lakin müğənninin zaman-zaman ermənipərəst olması, ermənilərə meyl göstərməsi ilə bağlı məsələlər gündəmə gəldikcə ona olan sevgi də azalmağa başlayır. Məsələn, 2013-cü ildə Sezen Aksu səhnəyə çıxararaq məşhur Azərbaycan mahnısı olan “Sarı gəlin”i erməni dilində oxumaqla pərəstişkarlarının, onu sevənlərinin qəlbinə böyük yara vuraraq, ona olan sevgini paramparça etmişdi. İlk əvvəl həmin mahnının erməni dilində oxuyacağı ilə bağlı məlumat yayılanda bəziləri bu söhbətə inanmayanlar, “yalan söhbətdir” deyib keçənlər də oldu.

Hətta Sezen Aksunun evi qarşısında etiraz aksiyasının keçirilməsi də planlaşdırılırdı, araşdırmaçı Hikmət Babaoğlu “Sarı gəlin”lə bağlı araşdırmalarını ortaya qoydu, bəyanat yaydı ki, əgər türk müğənnisi belə bir addım atarsa, onu məhkəməyə verəcək.

Lakin bütün bunlar Sezen Aksuya təsir etmədi və müğənni özündə “cəsarət” taparaq məşhur Azərbaycan mahnısını erməni dilində ifa etdi.

Müğənni azərbaycanlı pərəstişkarlarını məyus edəcək daha bir addımı 2014-cü ildə Münhendəki konserti zaman atdı. Belə ki, müğənni səhnədə erməni bəstəkarı Ara Dinkciyanın mahnısını ifa edərək ağlamışdı. Məlumata görə müğənni həmin konsertində daha bir neçə erməni mahnısı ifa edib. İddialara görə müğənninin ermənipərəst olmasının kökləri daha dərinliklərə dayanır. Onun həmçinin erməni iş adamı Varuyan Sırmabıyıklı ilə yaxın əlaqələri, sevgi macərası olduğu bildirilir. 
Beləliklə, Azərbaycan cəmiyyətində Sezen Aksu tərəfdarları arasında fikir ayrılıqları yaranıb. Bir çoxları sevimli sənətkar olmasına baxmayaraq ermənipərəst olduğuna görə onu boykot etməyə, digərləri isə məsələyə tolerant yanaşmaq lazım olduğunu qeyd edir.

Tanınmış bəstəkar-müğənni, aparıcı Murad Arif mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O, Sezen Aksunun səsinin, mahnılarının pərəstişkarı olduğunu, lakin mövqeyinə görə müğənnini qınadığını bildirdi:

“Onun mövqeyi, siyasi baxışı uzaq görən olmaması təbii ki, bizləri çox üzür. O, yanlış düşüncədədir. Əslində yaradıcı insan dinindən, irqindən asılı olmayaraq insanlığı sevməlidir. Məlum olduğu kimi Sezen Aksu həm də gözəl türk bəstəkarıdır. Lakin bir sənətçi niyə hansısa xalqa olan sevgisini bildirsin? Bəlkə də bu məsələdə hansısa başqa məramlar var. Sezen Aksu ermənilərə bilərəkdən və ya bilməyərəkdən ermənilərə olan sevgisini bildirirsə, həm də siyasətə qoşulur. Bir sənətçi də gərək siyasətə qoşulmasın. Şəxsən mən bir pərəstişkarı kimi mövqeyinə görə onu çox qınayıram, çox məyusam...”

QAT sədri Akif Nağı isə qeyd etdi ki, həm Azərbaycanda, həm də Türkiyədə mövqeyinə görə müğənniyə münasibət birmənalı olmalıdır:

“Bir neçə il bundan əvvəl Sezen Aksu Azərbaycana gəlmək, burada konsertlər keçirmək istəyirdi. Həmin zaman da bizim qurumumuz bunun kəskin əleyhinə oldu. O dövrdə də cəmiyyətdə fikir ayrılıqları oldu. Bəziləri bizi qınadı ki, Sezen Aksu sənətçidir, ona bu cür yanaşmaq olmaz. Bu cür söz-söhbətlərdən sonra Sezen Aksu ölkəmizə gəlmədi.

Bu gün də biz öz mövqeyimizdə dayanırıq. Bu məsələdə tolerantlığın yeri deyil. Əgər Sezen Aksu öz mövqeyində dayanıbsa, ermənilər tərəfindədirsə, ona qarşı münasibət həm Azərbaycanda, həm də Türkiyədə eyni olmalıdır. Ölkəmizdəki pərəstişkarları onun səsini, mahnılarını sevirsə, bütün bunların hamısının üstündən xətt çəkməlidir. Hesab edirəm ki, Türkiyədə onun konsertləri boykot edilməlidir. Azərbaycana gəlməsindən isə ümumiyyətlə söhbət ola bilməz”.

Yazar Aysel Əlizadə isə mövzuya bu cür şərh bildirdi:

“Mənə elə gəlir ki, dövründən daha uzağı görən insanlar böyük sənətkar olur. Bu siyasətdə, mədəniyyətdə də belədir. Sezen Aksunun “Eskidendi, çox eskiden” mahnısı var. Orada erməni kilsəsinə gedir və bildirir “biz dost, qardaş idik, amma eskidendir”. O, bu mahnısı ilə insanları barışa, qan davasından çəkinməyə səsləyir. Onun mesajı budur ki, problem başqa cür həll edilməlidir. Bildiyiniz kimi Türkiyədə çox saylı ailələr var ki, erməni-türk qarışığından yaranıb. O, bir ölkədə qan davasının, vətəndaş savaşının olmamasını istəyir, bunun nəyi pisdir ki? Təbii ki, onun Azərbaycan mahnısını ermənicə oxuması bizi qıcıqlandırır. Amma bunu türk sənətçisi kimi edir. Əslində o qarşı tərəfdə yumşaqlıq yaratmağa çalışır ki, ölkəsində barışıq yaransın”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar