Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şadlıq sarayları şəbəkəsi nəzarətə götürüləcək“


Hökumət şadlıq evləri ilə bağlı hərəkətə keçdi


Restoranlar toy sahibləri ilə müqavilə imzalamağa məcbur ediləcək; Vahid Əhmədov: “Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır”
“Yeni Müsavat” qəzetinin ötən sayında manşetdən “Şadlıq evləri bağlanır” sərlövhəli yazı dərc edilib. Məqalədə bildirilir ki, “toy oliqarxları”na böyük zərbə hazırlanır, dövlət yas mərasimlərinin tənzimlənməsindən sonra toy biznes sektorundakı xaotik vəziyyəti də qaydaya salmağı nəzərdə tutur. Həmçinin bizə daxil olan məlumatda o da qeyd edilir ki, bunun üçün xüsusi qanun layihəsi hazırlanır.

Burada məsələnin ən sensasional cəhəti isə budur ki, ölkədə göbələk kimi boy verən şadlıq sarayları şəbəkəsi tam nəzarətə götürüləcək və bu sarayların bir çoxunun təyinatı məcburən dəyişdiriləcək. İndiki şadlıq saraylarının əksəriyyəti  ticarət-əyləncə və idman-əyləncə komplekslərinə çevriləcək. Onlara itirdikləri gəlirləri bu sahədə kompensasiya etmək imkanları yaradılacaq. 

Dünən ölkə mediasında yayılan xəbərlərdən aydın olur ki, hökumət artıq prosesə start verib. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi restoran sahibi ilə sifarişçi arasında  müqavilə imzalamağı təklif edir. Məqsəd isə mövcud problemin həllinə nail olmaqdır.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı  hafta.az-a açıqlamasında  bildirib ki, komitə olaraq bu təklif gələcəkdə qanun kimi təkmilləşdiriləcək: “Şadlıq evləri ilə bağlı Azərbaycanda standart mövcuddur. Standartda şadlıq evlərinin təsnifatı, interyeri, onun ətrafındakı infrastrukturu və digər məsələlərin tənzimlənməsi qeyd olunub. Əsas tənzimlənmə predmetinə qida məhsullarının keyfiyyəti, köhnə yeməklərin yeni kimi  təqdim olunması daxildir.  Restoran sahibi ilə istifadəçi arasında  müqavilə imzalansa, bu  məsələlər həllini tapa bilər. Düzdür, elə sifarişçi ola bilər ki, övladının toyunda  bolluğun olmasını istəyir, eləsi də var ki, menyuda seçilmiş yeməklər tələb edir. Hər iki halda müqavilə imzalanmalıdır”.

Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə düşünür ki, bunu qanunla tənzimləmək mümkün deyil: “Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır. Orada olan proseslər izlənilsin. Bu mövzunun Milli Məclisdə müzakirə edilməsinin də  tərəfdarı deyiləm. Yas mərasimlərinin qanuniləşdirilməsinin tərəfdarıyam. Birinin imkanı var, digərinin  yoxdur. Bunu qanuna salmaq düzgündür.  Amma restoranlar özəl obyektlərdir. Buranın da müəyyən xərcləri var. Sadəcə, vergi sistemi təkmilləşdirilsin. Vergilər Nazirliyinin əməkdaşları  monitorinq aparsın. Bunun inzibati qaydada tənzimlənməsi çətin məsələdir”.

Onu da bildirək ki, ötən ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 3 şadlıq evində kulinariya məhsullarının uyğunluq sertifikatlarının, xammal tədarük edilən firmalarla müvafiq müqavilələrin, yeməklərin hazırlanma prosesini, saxlanma şəraitini və müddətini müəyyən edən texnoloji təlimat və resepturaların mövcud olmadığı aşkar edilib. Bundan başqa, müəssisədə məhsulların saxlanılması zamanı temperatur rejiminə və mal  qonşuluğuna əməl olunmadığı, burada çalışan personalın gigiyenik və sanitar normalara riayət etmədiyi, istehsal edilən məhsulların dövri olaraq sınaqlarının aparılmadığı, sınaqların aparılması üçün hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı  da aşkar edilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar