Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şakro Molodoy”un dəstə üzvləri saxlanıldı


Rusiyada “kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) dəstə üzvləri saxlanılıb


Aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

 Məlumata görə, nazirliyin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən cinayətkar qruplaşmanın 5 üzvü ələ keçirilib. Saxlanılanlar arasında dəstənin lideri də var.

DİN-in məlumatına əsasən, kriminal dəstənin üzvləri “qanuni oğru” Kalaşovun adından fəaliyyət göstərərək sahibkardan 10 milyon rubl mənibsəyiblər. Faktla əlaqədar cinayət işi başladılıb.

Cinayətkar qruplaşmanın şəxsi mühafizə təşkilatı şəklində fəaliyyət göstərdiyi bildirilir. Bu isə onun üzvlərinə sərbəst formada silah gəzdirmək üçün imkan verib. Məhz odlu silahlar vasitəsilə qruplaşma üzvləri sahibkarlara təzyiq göstəriblər.

Nazirlikdən verilən məlumata görə, dəstənin lideri üzvləri xüsusi diqqətlə seçib. Qruplaşmanın demək olar ki, bütün üzvləri Moskva və onun ətraf ərazilərdəndirlər. Onlar idman trenajorları və döyüş zalı olan məkanla təchiz edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəlilər xüsusi amansızlıqla fəaliyyət göstəriblər. Bir sıra hallarda onlar zərərçəkmişlərə dəmir dəyənəklər vasitəsilə zərbə endiriblər. Bu dəyənəklər də axtarış zamanı ələ keçirilib.

Bundan əlavə, saxlanılan şəxslərdən döyüş silahları, həmçinin sənədlər və audio yazılar da ələ keçirilib. Bu materiallar onların qanunsuz fəaliyyətini təsdiq edir.

Hazırda Daxili İşlər Nazirliyi saxlanılanlar tərəfindən törədilən cinayət işlərinin dəqiq sayını müəyyən edir.

Xatırladaq ki, Zaxari Kalaşov cari il iyulun 13-də həbs olunub. O, sahibkardan pul mənimsəməkdə ittiham edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar