Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu


Dünən sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında “Tolik Noqinski” ləqəbli azərbaycanlı “vor zakon” Taleh Dağlıyev həbs olunub


Virtualaz.org xəbər verir ki, Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında “spays” kimi tanınan narkotik tapılıb.

Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu bildirilir və bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir, kriminal avtoritetlər sırasına nisbətən yeni daxil olsa da kifayət qədər tanınıb. O, 2014-cü ildə Türkiyədə keçirilən “sxodka”da “vor zakon” titulu alıb, Taleh Dağlıyevə bu titulun verilməsinə “Lotu Quli” və digər nüfuzlu avtoritetlər səs veriblər.

“Tolik Noqinski” hazırda həbsdə olan “bir nömrəli vor”, “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanındandır. O, indiyə qədər real həbs müddəti çəkməyib, hərçənd ki, ötən il Moskvada və ondan əvvəl Ukraynada saxlanılmışdı. Moskva məhkəməsi onu şərti həbslə cəzalandırıb, cəza müddəti bu ilin yazında bitib. Həmin müddət ərzində Taleh Dağlıyev Azərbaycan, Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar