Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərurlu İsfəndiyar”ın adı növbəti qalmaqalda


Şikayətçi evinin tikinti maqnatı tərəfindən mənimsənildiyini iddia edir; İsfəndiyar Axundov isə qarşı tərəfi dəli adlandırır


Azərbaycan vətəndaşlarının üzləşdikləri fırıldaqlardan biri də tikinti şirkətlərinin satdıqları evlərlə bağlıdır. 

Vətəndaşların pulunu mənimsəyərək, onları evsiz-eşiksiz qoyan tikinti firmalarının sayı günbəgün artmaqdadır. İndiyə qədər bu özbaşınalıqlarla bağlı dəfələrlə həbslər olsa da, problemin qarşısını almaq mümkün olmayıb. 

Maraqlıdır ki, indiyə qədər bu tipli məsələlərdə ən çox adı hallanan sahibkarlardan biri də “Şərurlu İsfəndiyar” ləqəbli İsfəndiyar Axundovdur. Əslən Babək rayonundan olan Tural Hacıyev virtualaz.org saytına açıqlamasında “Azərtikinti ATF” MMC tərəfindən aldadıldığını və bu işlərin İsfəndiyar Axundovla əlaqəli olduğunu deyib.

Şikayətçinin sözlərinə görə, 2008-ci ildə adıçəkilən tikinti şirkətindən ev almaq istəyib. Bununla bağlı tələb olunan məbləği ödəyib. Lakin nə ev ala bilib, nə də verdiyi pulu. Tural Hacıyev firmanın rəhbəri Azər Quliyev tərəfindən aldadıldığını qeyd edib: “Bu şirkətin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında binaları inşa olunurdu. 2008-ci ildən tikilməyə başlanan 16 mərtəbəli binaların birində ev aldım. Şirkətin direktoru Azər Quliyevlə müqavilə bağladım. Əlimdə sənəd-sübutum da var. Hər şey qanun çərçivəsində həyata keçirilib. İlkin olaraq 27900 dollar ödəniş etdim. Yerdə qalan pulu - 32 min dolları kredit yolu ilə verəcəkdim. Dörd ay 1000 dollar kredit verdim. Dörd aydan sonra isə şirkətin rəhbərini dələduzluğa görə həbs etdilər”.

Şikayətçi Azər Quliyevin İsfəndiyar Axundovla şərik olduğunu bildirib. Onun həbsindən sonra evinə “Şərurlu İsfəndiyar”ın şərik çıxdığını iddia edib: “Azər Quliyev həbs olunandan sonra getdim ”Şərurlu İsfəndiyar"ın yanına. Dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısınız, əlavə olaraq 25000 manat verin, mənzillərinizi alın. Dedim, buna imkanımız çatmaz. Neçə dəfə yanına gedib-gəldim, xeyri olmadı. İş məhkəməyə getdi. İlk gündən etibarən məhkəmə bizi arxayın saldı ki, pullarınızı qaytaracaqlar. Biz əslində Azər Quliyevin həbs olunmasını istəmirdik. İstədiyimiz o idi ki, bizə dəyən maddi ziyan ödənilsin, vəssalam. Azərin özünün də əlində sənədlər vardı, deyirdi ki, evlər satılacaq, pullar camaata qaytarılacaq. Hətta İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov məhkəməyə gələndə bizə demişdi  ki, sizin evləri qaytaracağıq. Amma sonra hər şey dəyişdi. Bir il sürən məhkəmə prosesi yekunlaşdı və Azər Quliyev 11 il iş aldı. Bizə dəyən zərəri isə heç kim ödəmədi.

Getmədiyim, şikayət etmədiyim yer qalmayıb. Nə mənzilimi ala bilirəm, nə də pulumu. “Şərurlu İsfəndiyar” halal evimi verməkdən imtina edir. Mənim kimi 14 nəfər aldadılmış payçı var. Hamımız evsiz-eşiksiz küçələrdə qalmışıq".

Tural Hacıyev ölkə prezidentinə və Baş Prokurorluğa müraciət ünvanlayıb: “Son ümid yeri olaraq yalnız ölkə başçısından kömək istəyirəm. Çünki bu cür işlər yalnız prezidentin müdaxiləsindən sonra ədalətlə həll oluna bilər”.

Səslənən ittihamlarla bağlı İsfəndiyar Axundovun mövqeyini öyrəndik. O, barəsində səslənən iddiaların şər-böhtan olduğunu, heç bir reallığa əsaslanmadığını bildirdi: “Azər Quliyev adlı dələduz türmədədir. Onun DİN-də istintaqı gedib. İstintaqdan sonra müəyyən olub ki, 14 nəfəri aldadaraq, onlardan külli miqdarda pul alıb. Bütün bunlara görə cəzasını alıb. Azər Quliyev adlı şəxslə heç bir əlaqəmiz olmayıb. Vurduqları möhürün bizə dəxli yoxdur. Onların möhürlərində ”Azərtikinti ATF" MMC yazılır. Bizim şirkətin adı “Şərur İnşaat”dır. Onunla hər hansı bir əməkdaşlığım olmayıb. O, törətdiyi haqsızlıqların cəzasını alıb. Heç bir cinayət cəzasız qalmayıb. Üç məhkəmədə işi gedib. İndi bütün bunların bizə nə aidiyyəti var ki? Müsahibəsində deyib ki, Şahbaz Kərimov adlı vəkilim olub. Vəkillər bir nəfərin yox, onlarla adamın vəkili ola bilər. Onlar pula görə işləyirlər".

İsfəndiyar Axundov ümumiyyətlə bu adda şəxs tanımadığını da qeyd etdi: “Tural Hacıyev kimdir? Onun adını sizdən ilk dəfə eşidirəm. Onun evinin olub-olmaması barədə xəbərim yoxdur. Azər Quliyev qohumumuzla işbirliyində olub. Hazırda qohumuma 500-600 min borcu var. Hələ də verilməyib. Bundan əlavə, onu deyim ki, Tural Hacıyevin danışdıqları yalandır. Bir dəlinin danışıqlarına bənzəyir. Onun ev məsələsinə heç bir aidiyyətim yoxdur”.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar