Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şübhəsiz ki, cəzalar olacaq” - Deputat


“Dövlət sirri xarakterində irəli sürülən fikirlər qətiyyən heç bir halda media azadlığının boğulması kimi qəbul edilə bilməz”


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun müsahibəsi:

- Parlamentin payız sessiyası üçün komitənizin hansı təklifləri var?

- Hazırda payız sessiyasının iclasına təklif olunan gündəlik layihəsi hazırdır. Lakin orada bizim komitədən “Hərbi qulluqçuların statusu” haqda qanuna bir dəyişiklik, Yanğın təhlükəsizliyi ilə bağlı qanunda da müxtəlif dəyişikliklər nəzərdə tutulub. Bu, dövlət başçısının imzası ilə daxil olan sənəddir. Parlamentin sessiyasi sentyabrın 30-da başlanacaq. Həmin gün ilk olaraq millət vəkiləri parlamentin gündəliyinə təkliflər irəli sürəcək. Təhükəsizlik sahəsi ilə bağlı mən iki qanun layihəsininin gündəmə gəlməsini istəyəcəyəm. Birincisi, informasiya təhlükəsizliyi məsələsidir. Artıq bunun nə qədər zəruri olduğunu əsasladırmağa çoxlu arqument gətirməyə ehtiayac yoxdur. Hamı bunu qəbul edir ki, bu gün informasiya çox böyük resurs olmaqdan daha çox silahdır. Dövlətlər arasında mübarizə və müharibənin mühüm bir elementidir. İkinci məsələ, dövlət sirrinin qorunması ilə bağlı qanunda dəyişiklik edilməsidir. 

- Təklifləriniz nədir?

- Dövlət sirri haqqında qanun qəbul olunarkən sosial media nəzərə alınmayıb. Bu gün istənilən bir sosial şəbəkə istifadəçisi öz-özlüyündə informasiya mənbəyi rolunda çıxış edə bilir. O həm saytdır, hətta informasiya agentliyidir. Çünki çox sürətlə yayılmaq imkanına malikdir. Bir sıra hallarda anonimlik imkan verir ki, təhlükəsizlik baxımından o bir sıra amilləri gözləməsin. Snouden sübut etdi ki, bu sahədə geniş bir elektron casusluğu mövcuddur. Ona görə bunu hansısa formada tənzimləməliyik. Dövlət sirri haqqında qanunda da bunları işləmək lazımdı. Bu yöndə bizim bir neçə təkliflərimiz var. Bu parlamentin çoxluğunun rəyidir. Dövlət sirri xarakterində irəli sürülən fikirlər qətiyyən heç bir halda media azadlığının boğulması kimi qəbul edilə bilməz. Bir çoxları belə qəbul edə bilər ki, hökumət istənilən informasiyanın üzərinə məxfi qrif qoyub ən adi məlumatı belə ictimaiyyətə verməyəcək. Bu qətiyyən yolverilməzdir və belə qapalılığın tərəfində ola bilmərik. 

- Fikrinizi konkretləşdirək, yəni dövlət sirri haqda qanun sosial şəbəkələrə də şamil olunacaq?

- Bəli! Burada başqa xarakterli problemlər də var. Hazırkı məqamda məlumat azadlığı ilə dövlət sirri "A" kateqoriyasında olan məsələlərin sərhəddini dəqiq müəyyəndirmək xeyli çətinləşib. Söhbət hərbi hissələrin dislokasiyası, malik olduğu silah və texnikanın sayı, hansı markadan olması, texniki xarakteristikası, yerinə yetirdiyi funskiyalardan gedir. Bir çox adamlar bunu adi məlumat hesab edə bilər. Amma faktiki olaraq müharibə şəraitində bunlar böyük əhəmiyyət daşıyır. Tankların hərəkəti, qurulan taktika düşmən tərəfdən hədəfdə olur. Yaxud Tovuzun bir kəndi boşaldı, artıq camaat onu tərk edir kimi informasiyalar yayılır. Sonradan bilinir ki, bu kiminsə fərdi düşüncəsinin məhsuludur. Bu cür təxribatlar düşmənin vuruşmasında mühüm rol oynayır. Baxın, Rusiya-Ukrayna müharibəsində informasiya orqanları sanki səngərdəymiş kimi bir-birinə daha ağır artilleriya zərbələri endirir. Bizdə niyə belə olmasın?! Axı hər hansı hərbi hissədəki məğlubiyyət o mətbu orqanın da uduzmasıdır. Erməni cəbhəsində 20 ölünü gündəlik 2-2 itkilər kimi cəmiyyətə təqdim etdilər. Ona görə də düşünürəm ki, burada təkcə sosial şəbəkələr deyil, çap mətbuatının fəaliyyəti ilə bağlı tənzimləmələrə ehtiyac var.

- Praktiki bir misal çəkək. Avqust ayında Ağstafada 30 tankın hərəkətini çəkib yaydılar. Sizin təklifinizlə bundan sonra belə halları təkrar edənlər cəzalandırılacaq?

- Mütləq! Azərbaycanın nəinki erməni cəbhəsində, digər dövlətlə münasibətində də hər bir resursu mühüm önəm daşımalıdır. Biz bilirik ki, indi Riçard Zorge kimi sadəcə mətbuatdan məlumatları toplayaraq Stalinə göndərməkdən kənarda xaraktercə çox fərqli kəşfiyyat sistemləri qurubdur. Hər bir ölkə də bunu həyata keçirir. Baxın, NATO ölkələri arasındakı bir-birini izləmə nə qədər böyük siyasi qalmaqal doğurdu. Bizim üçün çox adi görünən “filan rayonda 5 hərbi hissə var və onlar filan yerdə yerləşir” informasiyası real hərbi əməliyyatlar zamanı strateji bir məna daşımağa başlayır. Bu cəhətdən bizim atacağımız addımlar vətəndaşların və media qurumun fəaliyyətində əksini elə tapmalıdır ki, dövlət sirrinin yayılmasının qarşısı alınsın.

- İnformasiya təhlükəsizliyi ilə bağlı təklifləriniz nədir?

- Bu geniş bir mövzudur. Bu məkanın təhlüksizliyinin qorunması üçün dövlətlər strateji informasiya konsepsiyaları kimi mühüm sənədlər qəbul edib. ABŞ-dan tutmuş qərb və post-sovet dövlətlərində bu mövcuddur. Bu məsələlər bizim hərbi maraqlarımıza cavab verən məsələlərdir. Bunlar həm inforasiya təhülkəsizliyi, həm də dövlət sirri xarakterlidir. Ona görə də bu qanun qəbul edilməlidir. 

- Təklifləriniz mediaya aid hissəsindəki konkret şərtlər nələrdir?

- Şərtlər budur ki, bu gün ölkə xaricindən daşınan informasiya kütləsinin milli maraqlar konteksində təhlili olmalıdır. Senzura qurumunun yaradılmasını təklif etmirik. Düşünmürəm hansısa bir komissiyadan məslətləşmə aparılmalıdır. Məsələn, İŞİD Azərbaycan əleyhinə hansısa addım atır. Dərhal bunu bizim mətbuat yayımladı. Həmçinin onların Suriya cəbhəsində maraqlarımıza son dərəcə zidd olan məqamları mətbuat qeyd etdi. Bax bununla özümüzü günahkar kimi sayandan sonra proses təkzibolunmaz bir xarakter daşımağa başladı. Bu gün xarici mətbuatda həm də bizim milli medianın məhsullarını ziyanımıza dövr etdirirlər. Buna görə də bu cür hallar birmənalı şəkildə məhdudlanmalıdır. Media nəzərə almalıdır ki, cəmiyyətin maraqlarına ziddi olan məsələləri sadəcə “screen shoot” vasitəsilə yaymaqla düzgün addım atmır. 11 sentyabrdan sonra Amerika mediasına terror məsələsini həddən artıq təkrarlamağı qadağan etdilər. İŞİD-in həyata keçirdiyi başkəsmə əməliyyatlarını xüsusi məhdudlaşdırmalarla yayımladılar. Bu cür halların cəmiyyətə daşınması mütərəqqi hadisə deyil. Bu məsələ informasiya təhükəsizliyində yer almalıdır. O cümlədən Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrində hər bis siyasi təhlükəsizliklə bağlı təmaslarını olduğu kimi yayımlamaq olmaz. Bunlar məhz mətbuatın fəaliyyəti ilə genişlənir. Buna görə media üçün bu sahədə çərçivələrə çox ciddi ehtiyac duyulur. 

- Bu dediyiniz “olmaz”ları edənləri nə gözləyəcək?

- Biz bu qanunları ona görə təklif etmirik ki, mətbuat orqanları əleyhinə cinayət yaxud inzibati cəzalar müəyyənləşdirsin. Bu məhdudluqlar bir aydır ki, mətbuatın özü tərəfindən tətbiq edilib. Ən yaxşısı bunun mənəvi cəhətdən qəbul olunmasıdır.

- Amma bir qanun olacaqsa, onun pozulmasının cəzası da olmalıdır?

- Şübhəsiz ki, cəzalar olacaq. Amma biz bunu kimlərisə cəzalandırmaq üçün yox, təhlükəsizlik məkanın qorumaq üçün edirik. Bizim mətbuat sahəsində media kapitanları ifadəsi geniş yayılıb. Ancaq mən düşünürəm ki, müharibə şəratində yaşayan ölkələr üçün milli təhlükəsizlik nazirliyinin də yetirmələri olan çox güclü informasiya generallarına ehtiyac var. Həqiqətən də bu gün dünyada beyin yuyulması, psixoloji müharibə, dövlət strukturları ilə manipulyasiyalar və məqsədli informasiyaların yeridilməsi nə qədər önəm daşıyır. 

- İnformasiya generalları dövlət strukturunda vacibdir yoxsa mediada?

- Hər ikisində. Bu gün biz deyirik ki, mətbuatın iqtisadi gücü zəifdir. Amma iqtisadi imkanları geniş olan media orqanında qeyd etdiyim sahə ilə işləyən insanların sıra sayının çoxluğu bu fəaliyyətə aparmağa imkan verəcək. Bu gün Rusiya televiziyalarında döyüşdən gələn hərbçilər deyil, rütbəsiz ama general rolunu oynayan şəxslər efirə çıxarılır. Mən bizim telekanallarda və mətbuatda bu cür generalları çox da görmürəm. Biz bu gün rusdilli məkana nə qədər informasiya çıxara bilərik. 2008-ci il Gürcüstan hadisələrində CNN, BBC-də ingilis dilini bilən peşəkar gürcü diplomatları informasiya generalları kimi aktiv şəkildə Rusiya əleyhinə təbliğata qoşulmuşdu. Bizdə erməni dilində televiziyalar daxil olmaqla, yeni media orqanları yaradılmalıdır ki, Azərbaycanın mövqeyini dünyaya çıxarmış olaq. 

- Bu təklifləriniz KİV haqda qanuna dəyişiklikləri zəruri edirmi?

- Şübhəsiz ki, edəcəkdir. İnformasiya təhlükəsizliyi ilə bağlı dediyimin təkliflər maddələrə yeni yanaşmanı zəruri edəcək. Məsələnin önəmli tərəfi informasiya təhlükəsizliyi ilə bağlı qanunu qəbul edib dövlət strukturlarının vəzifələrini müəyyən etməkdir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar