Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Simurq” klubunun prezidenti də həbs oluna bilər


Anar Bəkirovun tək Beynəlxalq Banka qarşı deyil, “Simurq” futbol klubunun 50-yə qədər çalışanına qarşı da dələduzluq etdiyi bildirilir


Dünən atası həbs olunan “Simurq” klubunun prezidenti Anar Bəkirovun klubda çalışan 50-yə qədər insanın adına Beynəlxalq Bankdan kredit götürdüyü iddia olunur.

“Beynəlxalq Bank işi”nin istintaqı ətrafında yeni həbslər gözlənilir. Bu barədə PİA.AZ-ı məlumatlandıran özəl mənbənin verdiyi məlumata görə Beynəlxalq Bankdan kredit almaq qalmaqalı ilə bağlı dünən həbs olunan “Citi Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovun oğlu Anar Bəkirovun da haqqında həbs qəti imkanı tədbiri seçilə bilər. 

Dünən Ratmir Bəkirovun vəkili Kamandar Nəsibov açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Ratmir Bəkirov barəsində həbs qətimkan tədbiri seçilib. Bəkirov dələduzluq maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Ratmir Bəkirovun oğlu Anar Bəkirov ölkə çempionatında çıxış edən və Cahangir Hacıyevə məxsus olan “Simurq” futbol klubun prezidentidir. Daxil olan məlumata görə Anar Bəkirov “Simurq” klubunda işləyən 50 yaxın şəxsin adına Beynəlxalq külli miqdarda kredit götürüb. Götürülən kreditlər isə aidiyyatı üzrə deyil tamam başqa bir istiqamətdə xərclənib. Belə ki, mənbənin iddasına görə Anar Bəkirov “Simurq” klubunda çalışan 50-yə yaxın şəxsin adına götürdüyü kreit vəsaitlərini aidiyatı üzrə deyil, özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Qeyd olunur ki, Anar Bəkirov başqalarının adına götürdüyü kreditləri Zaqatala, Balakən, Qax rayonlarında və Bakı şəhərində bir neçə obyektin tikintisinə sərf edib.

Mənbə iddia edir ki, klub prezidentinin Beynəlxalq Bankdan və digər banklardan götürdüyü kreditlərin həcmi bir neçə milyondan çoxdur. Xatırladaq ki, Anar Bəkirovun bir neçə gün öncə dindirildiyi ilə bağlı mətbuatda məlumat yayılmışdı. Məsələyə aydınlıq gətirən klubun mətbuat xidməti bildirmişdi ki, Bəkirov həbs olunmayıb, istintaqa çağırılıb.

Qeyd edək ki, idda ilə bağlı Anar Bəkirovun mövqeyini öyrənməyə cəhd etsək də, əməkdaşımızın telefon zənginə cavab verilmədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar