Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siz Babəkin, Peyğəmbərin, imamların şəklinə baxın…” – Həftənin sitatları


Ağacan Abıyev: “Mən adam tanıyıram ki, “Red Bull” içib, amma qanadlanmayıb”.


Hacı Qalib: “Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Ermənistan ötən ilin aprelində aldığı dərsi unutmamalıdır, lazım gəlsə, o, yenə cəzalandırılacaq”.

ABŞ prezidenti Donald Tramp: “İndicə eşitdim ki, Şimali Koreyanın xarici işlər naziri BMT-də danışıb. Əgər o, “balaca raket-adamın, (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red.), fikirlərini təkrarlayacaqsa, onların sonu yaxın olacaq”.

Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo: “Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı birisi, böyüklük iddiası olan psixi xəstə, hansını ki, ABŞ-da “bəla başkomandan”, “yalançı kral” və “şeytan president” adlandırırlar, prezident vəzifəsini icra edir. dünya üçün əsas təhlükə ondan ibarətdir ki, belə bir insanın əli “nüvə düyməsinə” çatır”.

İranın ali rəhbəri ayətullah Xameneyi:ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel: “Böyük yeddilik” ölkələri Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Toyda çıxış edən xala Heminqueydən sitat gətirdi, ardınca isə Manaf Ağayev “Sən şamsan əgər, pərvanən olum”, oxudu. "Sivilizasiyaların toqquşması" deyilən şey, yəqin ki, budur...”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, BMT qətnamələrinə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. 

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sarkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər”.

ABŞ prezidenti Donald Tramp: “Şimali Koreyadan olan Kim Çen In yəqin ki, səydir. Çünki o, öz ölkəsinin əhalisinin acından qırılmasına və heç zaman görmədikləri əzablara məruq qalmalarına etiraz eləmir”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Qarşılıqlı davam edən təhdidlər Koreya yarımadasında müharibəyə əsas verə bilməz. Qəzəbi sakitləşdirmək məcburiyyətindəyik… Kim və Trampın qarşılıqlı xəbərdarlıqları uşaq davalarına oxşayır…”.

Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo: “Bizim son məqsədimiz ABŞ-ın gücünə qarşı balans yaratmaqdır”.

İran prezidenti Həsən Ruhani: “Trampın hərəkətlərini proqnozlaşdırmaq çətindir. Bunu nəzərə alaraq, əgər müqaviləni pozarsa, biz də verəcəyimiz sərt cavabı indidən müəyyənləşdirmişik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qərbdə təhsil alanlar Qərbin könüllü agentləri olur”.

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel: “Türkiyə ilə iqtisadi əlaqələr məhdudlaşdırılıb və lazım gələrsə bu yöndə təzyiqləri artıracağıq”.

Politoloq Şahin Cəfərli: “Bu gün Almaniyada Bundestaqa seçkilər keçirilir.Rusiya kimi dəstəkləsə yaxşıdır? Alman faşistlərini. Radikal sağ, faşist təmayüllü “Almaniya üçün Alternativ” (AfD) Partiyasının 10-13% səslə Bundestaqa keçəcəyi gözlənilir. Hətta ana müxalifət olmaq şansları var ki, bu da hökumət üzərində təsir gücü əldə etmək deməkdir. Rusiya mənşəli alman seçicilər də (təxminən 1,5 milyon) bu partiyanı dəstəkləyir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan “status-kvo”nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri: “Həmsədrlər ümid edirlər ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələlər üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək”.

Rusiyalı politoloq Sergey Markov: “Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz, blokadanın ləğv edilməsi və bölgənin hərbisizləşdirilməsinə qarşılıq olaraq boşaldılmalıdır. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə iqtisadi, sosial və humanitar inteqrasiyası başlamalıdır”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev: “İndiyədək 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə Azərbaycan vətəndaşlığından çıxarılıb. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub. Əməkdaşlarımız hazırda İraqdadır. Məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri, hazırda həbsxanada olan Cahangir Hacıyev: “Mən yalnız bu rəqəmlərə və faktlara istinad edərək soruşmaq istəyirəm: sizcə, Samir Şərifovun bu əməllərinin adı nədir: təxribat, savadsızlıq, yoxsa hər ikisi? Bu suallara özünüz cavab tapın”.

Müsavat Partiyasının keçmiş başqanı, siyasətçi İsa Qəmbər: “Tarixini bilməyən xalq amneziyaya düçar olan insan kimidir. Belə millətlər başqa millətlərin əlində oyuncağa çevrilir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev: “Milli Şuranın mitinqi iqtidara son dərəcə lazımlıdır”.

“Turan” agentliyinin direktoru Mehman Əliyev: “Bilmirəm, bu, onların problemidir. Kim nə qərar verir, vermir. İstəyirlər, gedim təzədən türmədə oturum. Mənim üçün problem deyil, başa düşürsüz? Onlar özləri üçün aydınlaşdırsınlar ki, nə istəyirlər. Zəhmət olmasa, bunu da cəmiyyətə açıqlasınlar, hamı da bilsin”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: Qafqaz Müsəlmanlar İdarəsi Rusiyanın Azərbaycandakı təmsilçisi kimi çıxış edir”.

Sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə: “Sizə bir söz deyim. Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur... Yəqin Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qırağa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov: “Milli Şura”nın mitinqinə yığışanların bir hissəsi əvvəllər cinayət törədib həbs olunanların yaxınları, digərləri isə oradakı siyasi partiya rəhbərlərinin qohumları idi. Ora siyasi baxışa, siyasi əqidəyə görə toplaşan insan yox idi”.

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu: “Geniş imkanları olan şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Bu xəbərin üstündən iki gün keçməmiş şeyxin qudasının oğlu həbs olundu və quda ölkənin baş prokurorunu saxtakarlıqda ittiham etdi. Elə təəsürat yaranır ki, şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.

Səudiyyə Ərəbistanından olan Şeyx Həcəri: “Qadınlar axmaq olduqlarına görə maşın sürə bilməzlər”.

Haqqin.az saytının baş redaktoru Eynulla Fatullayev: “Leyla Şixlinskaya deyir ki, vergidən yayınıram əcəb edirəm! Qorxmuram! Himayədarım var!!!”.

Sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə: “Vaxtilə Çingiz Qənizadə Bakı şəhər prokuroru işləyəndə məndən 30 min dollar rüşvət almışdı. Həmin pulun qarşılığında məni həbsdən azad edəcəkdi”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə: “Hacı Qalib yenə  öz ampluasındadır. Yenə də ağlına gələni dərhal dilinə gətirir və müəyyən ifadələr işlədir. Yəni kiçik adamla baş prokurorun hansı ədavəti və düşmənçiliyi ola bilər?”.

Rusiyalı siyasi şərhçi, tarixçi alim Oleq Kuznetsov: “Beynəlxalq ictimaiyyət, o cümlədən də BMT İrəvanı Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur edə bilər”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov:  “Mən o vaxt da təklif etdim, amma eşidən olmadı. Onlar bizim tarixdir. Qəmli də olsa, tariximizdir. “26 Bakı komissarı”nın, XI Qızıl Ordunun şərəfinə ucaldılmış və digər abidələr heç olmasa yığılıb bir yerdə saxlanmalı idi… Təəssüf ki, heykəllər məhv edildi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev: “Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. Bu iqtidarın yerinə olsam onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür yoxsa yox...”.

“Yeni çağ.az”saytının baş redaktoru Aqil Ələsgər: “Deyilənə görə, Elman müəllim yenə manatın nəmxuda güclənməsindən filan danışıb. Müəllim ən son manatın boylu-buxunlu növcavan olduğunu deyəndən sonra yazığı iki dəfə (rəsmi) devalvasiya vurmuşdu. İndi də yetimin başına bir şey gəlməməsi üçün dua edək”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə: “O vaxt da çoxumuz etiraf etdik ki, sulu qəlyanın gətirdiyi xəstəlik nə dərəcədə ciddidir. Bəs nə mane olur ki, birdəfəlik bunu qadağan etmirik? Bunun arxasında hansı lobbi durursa, Azərbaycan xalqının genofondunun qəsdinə durub. Bu, narkotik tərkiblidir və narkotika qədər təhlükəlidir”.

Sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə: “Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”.

Deputat Ağacan Abıyev: “Kim deyə bilər ki, mən “Red Bull” içəndən sonra qanadlanmışam? Eksperiment üçün kimsə göstərsin ki, “Red Bull” içəndən sonra uçub? Kim sübut edə bilər ki, mən “Red Bull” içəndən sonra 1,5 metr deyil, 2 metr göyə tullanmışam? Bunu heç kəs deyə bilməz. Mən adam tanıyıram ki, “Red Bull” içib, amma qanadlanmayıb”.

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev: “Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban: “Ölkəyə valyuta gətirmək üçün pambıq əkək, ancaq nəticə haradadır?”.

“Mister Bin” kimi tanıdığımız ingilis aktyoru Rouen Atkinson: “Hələ 18 yaşında ikən BBC-yə işə qəbul olunmaq üçün müsahibəyə dəvət olundum. İlk sual belə idi: “Studiyada səs ölü olmalıdır, yoxsa canlı?” Mənsə düşünmədən:”Əlbəttə canlı, axı belə daha maraqlıdır” dedim. Təəssüf ki, cavab yanlış idi. Bir sözlə, taleyim məni Mister Bin olmağa sürüklədi”.

SSRİ Xalq artisti İosif Kabzon: “Mən arada özümə sual verirəm ki, Müslüm Maqomayev niyə öldü? Sovet İttifaqının dağılmağına görə o, depressiya yaşayırdı… Bundan sonra həyat da Müslüm üçün mənasızlaşdı…”.

İqtisadçı ekspert Qubad İbadoğlu: “Hökümət manatın məzənnəsinin ucuzlaşması vasiiəsilə ixracı stimullaşdırmaq sahəsində qərarlı görsənmir”.

“Müsavat.com” saytının redaktoru Xalid Kazımlı: “Keçmişdə bu regiona səfər edən səyyahların burda gördükləri müfaviq mənzərə avropalıları heyrətləndirərmiş. Bu gün Aşura mərasimlərini əks etdirən videsüjetlər və fotoşəkillər elə həmin gün bütün dünyaya yayılır və yenə də heyrət doğurur. Başqa dini konfessiyalara mənsub insanlar bu kimi hərəkətləri anlayırmı? Onlar tarixdə baş vermiş milyonlarla bənzər faciənin birinin ilahiləşdirilməsinin mənasını başa düşmürlər”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “ 20 il namaz qılmış adam kimi deyim ki, “Şeyxin oğlu 2 rükət namazı güclə qılır” məntiqli söhbət deyil. Namazın bütün rükətlərinin qılınmaq alqoritmi eynidir. Sən 1 rükəti qıla bilirsənsə, eyni alqoritmlə 100 rükət də qıla bilərsən”.

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə: “Ölkədə 26-larla bağlı qadağa varsa, Səməd Vurğun gərək onda vətən xaini elan oluna və ümumiyyətlə ədəbiyyatımızdan çıxarıla”.

Şair Rüstəm Behrudi: “Bildiyiniz kimi, mən islamı qəbul etmirəm. Bir alim dostum dedi, etmirsən, bildik, bəs özünün alternativ fikrin varmı? Düşündüm, gördüm, yoxdur…”.

Yazar Qan Tural: “Buddadan danışıram. Deyirəm istəmək iztirabdır, istəklər isə sonsuz. Alınmır, əzab çəkirsən, alınır, başqa şey istəyirsən. Deyirlər necə yəni? Deyirəm, İphone 7 varındı, mutlusan, 8 çıxır, qanın it qanına dönür. Hamı dedi, düzdü”.

Politoloq Elxan Şahinoğlu:Sarkisyanın BMT-dəki çıxışı o deməkdir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək istəmir”.

Jurnalist Pərvin Kazımoğlu: “Dünən 2017-ci il idi. Bu gün deyirlər 1439-cu ildi. Bu ərəblər yenə bizi 578 il geriyə atdı”.


Xalq artisti Faiq Ağayev: “Tutalım ki, sən mentallığa uyğunsan, bəs sənin oxuduğun nədir? Bir qəpik qiyməti də yoxdur. Səhnə geyimin, səhnə danışığın sıfırdır. Mentallığı sənətlə bağlamaq olmaz. Məsələn sırğa. Siz Babəkin, Peyğəmbərin, imamların şəklinə baxın…”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar