Yaponiyanın “Sony” şirkəti emosiyalı robot tərtib edir
Lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, tərtibatçılar insanlarla emosional əlaqəni yaratmağı bacaran qeyri-adi robotun yaradılması ilə bağlı planlarını açıqlayıblar.
“Sony” şirkətinin baş direktoru Kadzuo Xirai korporativ strategiya üzrə iclas zamanı bildirib ki, aprel ayında şirkət tərəfindən robotların tərtibatı üzrə xüsusi təşkilat yaradılıb. Hazırda şirkət rəhbərliyi öz biznesinin yaradılması üzərində işləyir.
“Sony” şirkəti cihaz təminatı və xidmətlərinə inteqrasiya ediləcək yeni biznes modelləri təklif etməyə nail olacaq. Bununla da şirkət emosional inandırıcı təcrübəni təmin etməyə nail olacaq”, - deyə şirkətin məlumatında deyilir.
Yeni robot haqqında hələlik heç bir ətraflı məlumat yoxdur. Yalnız o məlumdur ki, robot özünün müştəriləri ilə emosional əlaqə quracaq.
pia.az