Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sosial problemli insanların üzərində şou yaradırlar” – MTRŞ sədri


Əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb


“Doğrudur, əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir”.

“Report”un xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan” qəzetinə ünvanladığı məktubda bildirib.

“Amma onu da nəzərə almalıyıq ki, özəl televiziya kanalları öz fəaliyyətində daha çox məhz kommersiya maraqlarını əsas götürür. Reklam bazarındakı duruma baxdıqda vəziyyətin o qədər ürəkaçan olmadığını görürük. Bildiyiniz kimi, qonşu Türkiyə və Rusiyanın televiziya kanalları kabel şəbəkəsi vasitəsilə Azərbaycanda sərbəst şəkildə yayımlanır. Yəni Azərbaycan televiziya kanalları çox ciddi rəqabət mühitindədir. Bu amil isə sözsüz ki, verilişlərin keyfiyyətinə də təsir edir”, – deyə, N.Məhərrəmli əlavə edib.

O bildirib ki, Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır: “Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atır. Yaxşı olar insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər.

Biz bu məsələləri yayımçılarla birgə həll etməyə çox çalışırıq. Amma zövqlərin hamısını təmin etmək çox çətindir. Milli Televiziya və Radio Şurası öz fəaliyyətini səlahiyyətləri çərçivəsində həyata keçirir. Bizim hüquqlarımız çərçivəsində nə mümkündürsə, biz onu edəcəyik ki, efirimizdən utanmayaq. Amma bu, çox çətindir. Milli Televiziya və Radio Şurası tənzimləyici qurumdur. “Televiziya və radio yayımı haqqında” qanunun tələbləri pozulduqda Şura sözünü deyir. Təbii ki, bizim əsas vəzifələrimizdən biri həm də ictimaiyyətin maraqlarını qorumaqdır. Bir tərəfdən ictimaiyyətin, digər tərəfdən isə teleradio yayımçılarının marağını qorumaq isə o qədər də asan iş deyil. Düşünürük ki, efirimizin səviyyəsini qaldırmaq, onun cəlbedici və maraqlı olmasını təmin etmək üçün zamana ehtiyac var. Arzu olunan hədəflərə yetişmək üçün, əlbəttə ki, digər media qurumlarının da “Azərbaycan” qəzeti kimi daha fəal, maarifləndirici çıxışlarına olduqca böyük ehtiyac var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar