Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə dekabrın 17-də Bakıya gələcək
Bu barədə Publika.az-a ASDP sədri Araz Əlizadə xəbər verib. Onun sözlərinə görə Luis Ayalanın ASDP-nin rəhbərliyi, partiya fəalları və digərləri ilə görüşləri və partiyanın tədbirlərində iştirakı nəzərdə tutulur:
“Şübhəsiz ki, Qarabağdakı mövcud vəziyyət, cəbhədəki son durumla bağlı Sosialist İnternasionalının baş katibinə məlumat verəcəyik”.