Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Space“ə xəbərdarlıq


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

PİA.AZ-ın MTRŞ-ya istinadla verdiyi məlumata görə, iclasda “Space Müstəqil Teleradio Şirkəti” tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

“Space Müstəqil Teleradio Şirkəti” tərəfindən 22 noyabr 2014-cü il tarixdə saat 20:30-da efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə bağlı qərar qəbul edilib.

Məlumatda qeyd edilir ki, «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 17-26 noyabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar