Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Space“in yayımı dayandırıla bilər - MTRŞ


“Space” televiziyasının yayımı dayandırıla bilər"


PİA.AZ-ın publika.az-a istinadən məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:

“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”.

Gələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcəyini deyən T. Məmmədovun sözlərinə görə, cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır:

"Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu cərimə, xəbərdarlıq, proqramın yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər”.

Qeyd edək ki, bir neçə gün öncə kanalda yayımlanan “Günaydın” verilişində baş verən qalmaqaldan sonra MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanal rəhbərliyi ilə görüşərək rəhbərliyin üzr istəyib məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verdiyini desə də, sözügedən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində isə verilişin aparıcısı, müğənni Səidə Sultan efirə yaraşmayan ifadə işlədib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar