Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Stadionu “Qəbələ“ üçün cəhənnəmə çevirməliyik”


"Komandada çox yaxşı atmosfer hökm sürür. Futbolçularda müsbət enerji var. Bizi yüksək səviyyəli və xüsusi oyun gözləyir ki, buna da hazırıq. Bütün diqqətlər Avropa Liqasının qrup mərhələsi üçün cəmləşib. Avropa arenasında "Maribor" adının davam etməsini istəyirik"


PİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Maribor"un idman direktoru Zlatko Zahoviç Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi klubun saytına deyib.

O, qrup mərhələsinə yüksəlmək şanslarının qaldığını düşünür:

"Avrokubokda zəif rəqib olmur. Pley-off mərhələsinə  ən güclülər qalır. Son vaxtlar uğursuz çıxış edirik. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün real şans əldə etmişik. Heyətdə bir neçə yeni oyunçu var, bu üzdən tam komplektləşməmişik. Amma işlər plana uyğun şəkildə gedir. Çempionatda hələ uzun marafon var. İndi nikbin olmalı və qrup mərhələsi üçün savaşmalıyıq".
 
Z.Zahoviç azarkeşlərdən dəstək gözlədiklərini bildirib:

"Onların dəstəyi ilə istənilən rəqibə qalib gəlmək olar. "Qəbələ" ilə oyunda stadionu rəqib üçün cəhənnəmə çevirməliyik".
 
Qeyd edək ki,  "Maribor" - "Qəbələ" oyunu bu gün Bakı vaxtı ilə 22:15-də başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar