Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Stalinqrad”a Türkiyədən hücum...


İyunun 25-nə keçən gecə Suriyanın şimal-qərbindəki əfsanəvi Kobani şəhəri gözlənilmədən “İslam Dövləti”nin (İŞİD) hücumuna məruz qaldı


Aydın məsələdir, qara barbarlar bu şəhərə yalnız Türkiyə ərazisindən keçib gələ bilərdilər.

Beləliklə, Kobaniyə hücumun arxasında dayanan, onu hazırlayan və icrasını təmin edən Ərdoğan hökuməti Suriyadakı vətəndaş müharibəsinin səngiməməsi üçün növbəti dəfə mənfur addımını atmış oldu.

Kobaninin adı bütün dünyada ötən ilin yayından başlayaraq məşhurlaşdı. Burada 6 ay 12 gün mühasirə şəraitində islamçılara dirəniş verən kürd könüllüləri sonunda bu ilin yanvarında qələbəyə nail oldular. Tikililərinin 90 faizi yerlə-yeksan edilən şəhər o vaxtdan “Suriyanın Stalinqradı” (yaxud “Kobaniqrad”) adını qazandı.

O, İŞİD-ə qarşı müqavimətin simvoluna çevrildi, barbarlar isə özlərinin ilk məğlubiyyətini məhz Kobanidə aldı.

Kobaninin azad olunmasından sonra YPG (Kürd özünümüdfiə dəstələri) döyüşçüləri, habelə yerli ərəblərdən və aşşurlardan təşkilat olunan dəstələr irəliləyərək Türkiyə ilə sərhəddin 400 kilometrlik ərazisini (Kobanidən Qamışlıya qədər) nəzarətə götürməklə bərabər həm də “xilafət”in paytaxtı elan olunan Rakkanı azad etmək üçün hərbi əməliyyata başladılar.

Onlara bu işdə Qərb müttəfiqlərin hərbi təyyarələri, habelə dünyanın müxtəlif yerlərindən gəlmiş yüzlərlə könüllü yardım etdi. O cümlədən Kobanidəki Beynəmiləl Azadlıq Batalyonunda (İspaniyada 1930-cu illərdə vuruşmuş interbriqadaların müasir analoqu) Avropadan gəlmiş çoxsaylı kommunist və anarxist də vuruşur.

YPG dalbadal uğurlara nail olaraq bu ilin mayında və iyununda strateji əhəmiyyətli Tel-Abyad şəhərini, ardınca Ayn-İssanı və çoxsaylı kəndləri vəhşilərdən təmizlədi. Bununla da Rakkaya aparan yol açıldı.

İslamçılar Rakkada tələm-tələsik müdafiə istehkamları qurmağa başladılar. Bu şəhərin çökəcəyinə ehtimal çox böyükdür.

Və belə bir şəraitdə Ərdoğan hakimiyyəti Türkiyə ərazisində bəslədiyi və təchiz etdiyi İŞİD tör-töküntülərini partlayıcı maddələr və silahları ilə birlikdə sərhəddən Suriyaya keçirərək Kobaniyə iki tərəfdən hücum təşkil etdi.

Kürdlər bunu gözləmirdi, çünki bu, açıq-aşkar Türkiyənin barbarların tərəfində oynadığının sübutu sayılacaqdı.

Kobanidə yeni cəbhənin açılması Rakkaya hücumu səngitmək məqsədi daşıyır. Yəni Ərdoğan hökuməti Suriyada vətəndaş qırğınının səngiməməsində və Rakkanın azad edilməməsində maraqlı tərəf olduğunu göstərdi.

Hal-hazırda Kobanidən ziddiyyətli xəbərlər yayılır, döyüşlərin davam etdiyi söylənir. Sərhəd məntəqəsində 3 kamikadzenin partlayıcı ilə dolu avtomobilləri havaya uçurmasından sonra silahlı dəstə şəhərə daxil olaraq qabaqlarına çıxan hər kəsi qətlə yetirməyə başlayır.

Partlayışlarda 15 nəfərin, güllələrdən isə 100-ə yaxın dinc sakinin həlak olduğu bildirilir. İslamçılar şəhərin bəzi hissələrini ələ keçirdiklərini elan edirlər.

Əlbəttə, söhbət terrorçuların xırda qrupundan yox, silah-sursatla yaxşı təmin olunmuş böyük dəstənin əməliyyatından gedir. Onların Kobanini nəzarətə götürə biləcəklərini proqnozlaşdırmaq yanlış olardı - YPG döyüşçüləri islamçıları şəhərdən növbəti dəfə vurub çıxararaq yenidən Türkiyə sərhədinə sıxışdıracaq, Türkiyə sərhədçiləri isə yenə də islamçıların ölkəyə dönüşünə mane olmayacaqlar. Və beləliklə, bir müddət sonra Ankara hökumətinin yenidən dəstəyi ilə terrorçular növbəti dəfə Suriya ərazisinə göndəriləcək və bu, davamlı olaraq təkrarlanacaq.

Yəni Ərdoğan hakimiyyəti öz taktikasını gizlətməyə daha ehtiyac duymur: islamçılara hərtərəfli yardımı açıq-aşkar göstərilir. Bu isə peşmərgələrə hər an yeni hücumlara hazır olmalı olduqlarını diqtə edir.

Əlbəttə, kürdlər baş verənlərdə Türkiyəni qınadıqlarını gizlətmirlər.

YPG-nin nümayəndəsi Redyur Xəlil islamçıların Türkiyədən gəldiklərini bəyan edərək deyib: “Türkiyə onlar üçün sərhədi açıb və cihadçılar şəhərə cənubdan və şərqdən Azad Suriya Ordusunun (ASO) bayraqları ilə yaxınlaşıblar”.

Qeyd edək ki, həmin ərazilərdə kürdlərlə ASO müttəfiqdir.

R.Xəlilin sözlərinə görə, kürdlər Türkiyə ilə 400 kilometrlik sərhədi qorumalı olduqlarından bütün sərhəd zolağına effektiv nəzarət edə bilmirlər.

Son seçkilərdə parlamentə daxil ola bilmiş HDP-nin həmsədri Figen Yüksekdağ isə vəziyyəti lakonik ifadə edib: “Kobaniyə hücum Türkiyə hakimiyyətinin uzunmuddətli siyasətinin nəticəsidir”.

Yəni Ankara müharibədə tərəf olduğunu ortaya qoyub. Bu isə bütövlükdə Türkiyə üçün yaxşı heç nə vəd etmir...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar