Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Standart Lizinq” MMC-yə yarım milyonluq dələduzluq ittihamı


Məşhur lizinq təşkilatının vəzifəli şəxsləri fiziki şəxslərdən alınan vəsaiti rəsmiləşdirməyib və mənimsəyiblər


Vətəndaş Məmmədov Xanlar Nüsrəddin oğlu və vətəndaş İsgəndərov Elnur Ramiz oğlu “Poliqon” İnformasiya Agentliyinə (pia.az) müraciət edərək ölkəninin tanınmış lizinq şirkətlərindən biri olan “Standart Lizinq” MMC-yə qarşı dələduzluq ittihamı səsləndirmişlər.

 Xanlar Məmmədov və Elnur İsgəndərov “Standart Lizinq” MMC-ni “YUQA HOLDİNQ” MMC ilə əlbir şəkildə onların 523 000 (beş yüz iyirmi üç min) manat vəsaitini saxta çeklə mənimsəməkdə ittiham edirlər.

 Həmin müraciəti olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:

 ““Poliqon” İnformasiya Agentliyinə 

Məmmədov Xanlar Nüsrəddin oğlu və İsgəndərov Elnur Ramiz oğlu tərəfindən 

Ünvan: AZ-1072. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi ev 15A, mənzil 3.

Ə R İ Z Ə 

Hörmətli redaksiya! “Standart Lizinq” MMC-nin və “YUQA HOLDİNQ” MMC-nin vəzifəli şəxsləri qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz üstünlük əldə etmək məqsədi ilə saxta sənədlər tərtib etmiş və bizə məxsus külli miqdarda pulu mənimsəmişlər. Belə ki, biz 2012-ci ilin iyul ayında “Standart Lizinq” MMC və “YUQA HOLDİNQ” MMC ilə üçtərəfli qaydada müqavilə bağlayaraq ümumilikdə 20 ədəd “HOVO” markalı yük maşınını lizinq yolu ilə istifadəyə götürmüşük. Müqavilə bağlanan anda biz “YUQA HOLDİNQ” MMC-yə ümumilikdə 523 000 (beş yüz iyirmi üç min) manat pul ödəmişik və pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderlərini almışıq. 

Hal-hazırda “Standart Lizinq” MMC ilə mübahisəmiz yarandığı üçün biz “YUQA HOLDİNQ” MMC-yə müraciət edərək ödədiyimiz pulların məbləğini təsdiq edən arayış istəsək də onlar pulun ödənilməsini təsdiq edən arayışı verməkdən imtina edirlər. Aparılan danışıqlar zamanı məlum olmuşdur ki, 510 000 (beş yüz on min) manat pulun ödənilməsi ilə bağlı bizə saxta kassa mədaxil orderləri verilmiş, həmin pullar bizdən rəsmi formada alınmamış və rəsmiləşdirilməmişdir. Yəni bizim “YUQA HOLDİNQ” MMC-yə ödədiyimiz pulu “Standart Lizinq” MMC saxta sənədlər əsasında özünə mükafat kimi göstərmişdir. 

Göstərilənləri nəzərə alaraq jurnalist araşdırması aparılmasını xahiş edirik”. 

Qeyd edək ki, Vətəndaş Məmmədov Xanlar Nüsrəddin oğlu və vətəndaş İsgəndərov Elnur Ramiz oğlu tərəfindən redaksiyamıza kassa mədaxil qəbzləri və həmçinin digər sənədlər təqdim olunub. Həmin sənədləri hazırda hüquqşünasa təqdim edərək araşdırılmasını xahiş etmişik. Araşdırma bitdikdən sonra məsələ ilə bağlı geniş araşdırma yazısı ilə çıxış edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar