Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Status-kvonun qalması - birbaşa müharibəyə aparan yoldur...”


Rusiya-Türkiyə rəqabəti yeni Qarabağ savaşı riskini artırıb; Ərdoğanın Bakı səfərində regional təhlükəsizliyə təhdidlərə də aydınlıq gələ bilər; rusiyalı şərhçi: “Kreml Dağlıq Qarabağ kartından hələ çox istifadə edəcək...”


Ötən ilin noyabrında yaşanan “Su 24" insidenti ilə Türkiyə-Rusiya münasibətlərində yaranan böhran davam edir. Lakin iki ölkə arasında diplomatik əlaqələr aşağı səviyyəyə endirilsə də, o da var ki, səfirlər hələ ki geri çağırılmayıb. Bununla belə, Ankara və Moskva rəsmiləri arasında sərt ritorika dəyişməz qalır və bu ritorika istər-istəməz Azərbaycanın da yer aldığı Güney Qafqaza və təbii ki, həm də Dağlıq Qarabağ konflikti ətrafındakı duruma neqativ təsir edir. 

Səbəb aydındır - Güney Qafqazda iki regional gücün maraqları ciddi surətdə toqquşur - xüsusən də məlum insidentdən sonra. Bəzi iddialarına görə, Moskva və Ankara artıq bölgədə nüfuz uğrunda gizli-açıq mübarizəni şiddətləndirib.     

***

“Türkiyə RusiyaQafqazdan çıxarmaq üçün müharibəyə hazırlaşır”. Belə bir sensasiyalı iddia ilə bu arada “Foreign Affairs” nəşri çıxış edib (publiaka.az). Nəşr qeyd edir ki, Türkiyə, sadəcə, Birləşmiş Ştatlardan bundan ötrü zəmanət gözləyir. Sitat: “Hər şeydən əvvəl bu həmlə boğazlarda və Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ələ almaq məqsədi daşıyır. Bunun üçün Qarabağda ölüm-dirim müharibəsi başlaya bilər, hansı ki, artıq belə bir vəziyyət yetişib”.

“Foreign Affairs” daha sonra bu xüsusda iddia edib ki, Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan hərbi ittifaqını gücləndirəcək: “Bu ittifaq Rusiyanın tamamilə Qafqazdan sıxışdırılıb çıxarılmasına, dolayısı ilə NATO-nun bölgəni təsir dairəsinə almasına səbəb ola bilər. Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların qaytarılması qarşılığında buna hazırdır. Xüsusilə prosesdə Türkiyə varsa, Bakı ”yox" deməyəcək. Ermənistan əraziləri qaytarmaq istəməsə də, iqtisadi yardım qarşılığında buna məcbur olacaq".

Nəşr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 18-nə planlaşdırılan Bakı səfərində bu və digər mühüm məsələlərin müzakirə ediləcəyini də iddia edib. Yeri gəlmişkən, səfər analitiklər tərəfindən bir sıra başqa mühüm aspektlərdən də şərh edilməkdədir. Söhbət həmçinin səfər çərçivəsində Gürcüstan və Türkiyədən keçəcək TANAP qaz layihəsinin inşasının sürətləndirilməsi və bu iki ölkənin, ümumən bölgənin Rusiyadan qaz asılılığını minimuma endirməklə bağlı müzakirələrdən gedir. Sözsüz ki, Türkiyə-Rusiya gərginliyi fonunda regional təhlükəsizliyin başqa aspektləri də diqqətdə olacaq. 




Rusiya-Türkiyə rəqabəti yeni Qarabağ savaşı riskini artırıb; Ərdoğanın Bakı səfərində regional təhlükəsizliyə təhdidlərə də aydınlıq gələ bilər; rusiyalı şərhçi: “Kreml Dağlıq Qarabağ kartından hələ çox istifadə edəcək...”
    
*** 

Bir şey dəqiqdir ki, Qarabağ ixtilafının dondurulmuş vəziyyətdə qalması münaqişə tərəfləri - AzərbaycanErmənistanla yanaşı, ona cəlb olunan Rusiya, Türkiyə və Qərbə də yaxşı heç nə vəd eləmir. “Dondurulmuş münaqişələri barıt çəlləklərinə bənzətmək olar”. Belə bir fikri politoloq Qabil Hüseynli konflikt ətrafında artan müharibə ehtimallarını şərh edərkən söyləyib. 

Onun sözlərinə görə, postsovet məkanında münaqişələrin dondurulmuş vəziyyətdə saxlanması ən çox Rusiyanın əlinə işləyir: “Konfliktin nizamlanmasında beynəlxalq təşkilatların fəaliyyətinə məhz Rusiya maneə yaradır. Kremlə bu problemin həlli sərf eləmir. Dondurulmuş konfliktlər iqtisadi və ticari əlaqələri iflic eləməklə regiona təhlükə yaradır və istənilən an alovlanmaq üçün münbit zəmin yaradır. Qarabağ ixtilafı isə artıq barıt çəlləyinə çevrilib. Bu münaqişə hər an alovlana və iri Qərb layihələrini - Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərlərini, habelə Avropa və Asiya arasında inşası planlaşdırılan nəqliyyat dəhlizini təhlükə altına qoya bilər. Moskva və İrəvanın status-kvonu saxlamaq istəyi - müharibəyə aparan birbaşa yoldur. Qərb bunu yaxşı başa düşür və o üzdən də Dağlıq Qarabağ problemini dondurulmuş münaqişə vəziyyətindən çıxarmağa çalışır”.




“Şərq sərhədlərimizdə dondurulmuş və davam edən münaqişələr (Dağlıq Qarabağ və s.) Avropanın birliyinə və sabitliyinə real təhdid törədir”. Bunu isə AŞ PA-nın yeni prezidenti Pedro Aqramunt Bolqarıstanın paytaxtı Sofiyada keçirilən milli parlamentlərin xarici işlər komitələri sədrlərinin konfransında deyib. “Barışıq və Avropanın birləşməsi prosesi 1989-cu ildə başladı, lakin fikir ayrılıqları son bir neçə ildə yarandı”, - deyə o qeyd edib.

*** 
Qarabağ münaqişəsi zonasında yeni müharibə riskləri barədə son vaxtlar rusiyalı müstəqil ekspertlər də tez-tez danışmağa və xəbərdarlıq eləməyəbaşlayıblar. “Rusiya hələ Qarabağ kartından istifadə edəcək”. Bu barədə “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov BBC-nin “Üçüncü Dünya savaşı” ilə bağlı hazırladığı telefilmin ssenarisini şərh edərkən bildirib.

Sitat: “Dünən mən Qorbaçovun köməkçisi olmuş Çernyayevin kitabını oxuyub qurtardım. O, Qorbaçovun İtaliyaya səfərindən yazır. Artıq 90-cı və ya 91-ci ildir və o deyir: ”Mən isterikanı anlaya bilmirəm" - yazır. Niyə insanlar küçələrə tökülüşüb?.. Onlar qarşılayır, “Ura” qışqırır, maşının üstünə atılırdılar... Qadınlar xəz geyimdədir, yəni bu, fəhlə sinfi deyil. Sonra anladım ki, onlar bizdən real olaraq qorxurmuşlar, real olaraq bombaya qarşı sığınacaq tikirmişlər... Biz isə hələ də “hi-hi, ha-ha”. Onlar real olaraq sığınacaqlar tikir, sovet qoşunlarından qorxurmuşlar. Qorbaçov isə bu qorxunu götürdü".




Rusiyalı tanınmış siyasi şərhçi ardınca bir qədər ironik şəkildə əlavə edib: “İndi də eyni mənzərədir - indi burada gördüyünüz mümkündür. Görəndə ki, arxanda Osetiya, Abxaziya, Krım, Donetsk, Dnestryanı və Qarabağ var... Biz hələ Qarabağ kartından istifadə edəcəyik. Qoy orada İlham Heydəroviç öz türk dostları ilə unutmasın ki, biz istənilən an orada gərginlik yarada bilərik. Biz hələ bu kartla oynayacağıq. Bizdən ötrü yerli əhali tamamilə əhəmiyyətsizdir - bunu unudun. Biz özümüzün patriotik, geosiyasi problemlərini həm də bax, bu yolla həll edirik”.

Xatırladaq ki, bu yaxınlarda Britaniya telekanalı BBC öz efirində “Üçüncü dünya müharibəsi. Komanda məntəqəsindən baxış” filmini göstərib. Ssenariyə əsasən, Rusiya Baltikyanı ölkələrə müdaxilə edir və ABŞ və Böyük Britaniya ilə konfliktə girir, nəticədə dünya nüvə fəlakəti astanasına gəlir. Film Rusiyada kəskin tənqidə məruz qalıb...   


  
*** 
Göründüyü kimi, bir çox təhlilçilər 3-cü Dünya savaşına aparan yolda həll olunmamış Dağlıq Qarabağ konfliktini də mühüm amil sayırlar. “AzərbaycanErmənistan arasındakı gərginlik 2016-cı ildə də davam edəcək”. Bu barədə isə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda bildirilir. 

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır. “Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir”, - deyə hesabatda qeyd edilir.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar