Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Subasmaların qarşısının alınması üçün ərazilərdə kanalizasiya sistemi qurulmalıdır”

“Son günlər atmosfer yağıntılarının azalması səbəbindən bütün sürüşmə sahələrinin dinamikasında aktivlik yoxdur, ərazilərdə vəziyyət stabildir. Proqnozumuza görə, yay aylarında qrunt sularının səviyyəsi qismən çəkiləcək”


Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Sabunçu rayonunda Şuşa şəhərciyi, Savalan yaşayış massivi, Kürdəxanı ərazisində subasmalar müşahidə edilir: “Kürdəxanıda problem əvvəlki illərə nisbətdə azalıb, amma hələ də problem qalmaqdadır. Bu əsasən Kürdəxanı ərazisinin dənizkənarı magistral yola yaxın ərazilərində, relyefin nisbətən çökək hissələrində müşahidə olunur”.

Mütəxəssis qeyd edib ki, subasma hadisəsi Bilgəh qəsəbəsində bəzi lokal sahəli ərazilərdə də müşahidə edilir: “Bu subasmaların səbəbi atmosfer yağıntıları, ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsinin olmaması, əhalinin və yeni tikililərin çoxalmasıdır. Qeyd olunan ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsinin olmaması səbəbindən əhali primitiv üsullardan istifadə edir”.

R.Həsənovun sözlərinə görə, subasmaların qarşısının alınması üçün ərazidə qrunt sularının səviyyəsi aşağı salınmalıdır. Bu məqsədlə də qeyd olunan ərazilərdə kanalizasiya sistemi və drenaj şəbəkəsi qurulmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar