Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Suriyada Rusiyanın aqibəti həll olunur”


“Suriya böhranının həllini tapmaması Rusiya ilə ABŞ arasında olan problemlərlə bağlıdır. Amerika Suriyanı öz əlinə keçirmək, Rusiya isə Sovet İttifaqı zamanından qalan əlaqələrdən istifadə edib Suriyada öz mövqelərini bərkitmək istəyir. Söhbət bundan gedir. Arada da böyük bir ölkə faktiki olaraq parçalanır, dağıdılır, əhalisi məhv edilir”


Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rasim Ağayev deyib. 

R.Ağayev bildirib ki, Rusiya Bəşər Əsəddən üz döndərə bilmir. Onun sözlərinə görə, digər tərəfdən Rusiya Suriyanı nə qədər çox saxlayırsa, Suriyada ziddiyyətlər bir o qədər mürəkkəbləşir: “Bəziləri elə bilirlər ki, Rusiya getsə hər şey düzələcək. Düzəlməyəcək. Çünki Suriya bu gün çoxlu siyasi və hərbi qruplaşmalar yaranıb. Biri Amerikaya qullluq edir, biri Səudiyyə Ərəbistanına bağlıdır. Birini Rusiya, digərini İran saxlayır. Ən yaxşı yol odur ki, buraxasan özbaşına, nə olur-olsun. Ya da Əsəd başını götürüb getməlidir. Ancaq məsələ ondadır ki, Əsədin getməsiylə problem həllini tapmır. Söhbət bundan gedir”.
 
R.Ağayev qeyd edib ki, ABŞ-la Rusiya arasında Suriya məsələsinə dair razılaşmalar olsa da, onları həyata keçirmək çox çətindir: “Bu razılaşmaları necə həyata keçirəsən?! Orda elə qüvvələr var ki, onların işi ancaq aranı qarışdırmaqdan ibarətdir. Heç nə etmək olmur. Gərək ordakı hərbi qüvvələri razılığa məcbur edəsən. Onları da razılığa gətirmək çətindir axı. Hərənin öz mövqeyi var və bu mövqeyini heç kimə güzəştə getmək istəmir. Razılaşma Amerika ilə Rusiya arasında olub. Ancaq Amerika və Rusiya gəlsinlər görək, necə əmr verə bilərlər?! Dövlət qoşunları deyil ki, əmr verib hara gəldi yollayasan. Bunlar partizanlardır. Partizanların da hərəsinin bir mövqeyi var. Yəni, çox çətindir. Bundan başqa orda Əsədin tərəfdarları var. Klan müharibəsi də gedir”.
 
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun Suriya ilə bağlı razılaşmanın ictimaiyyətə açıqlanmasında tərəddüd etdiyini söyləyib. “Biz bu addıma hazırıq. Biz, indi bu razılığın ictimaiyyətə açıqlanması üçün çalışacağıq. Gizli diplomatiya yolu ilə getmək istəmirik. Bizim amerikalı tərəfdaşlarımız isə hələlik tərəddüd edirlər. Bu addım problemin demokratik yolla həlli istəyini göstərmir. Demokratiya isə şəffaflıq tələb edir”, – deyə rusiyalı nazir bildirib. Bu məsələni də şərh edən R.Ağayev deyib ki, ola bilsin ABŞ-ın dəstəklədiyi qüvvələr hələ axıradək təyin olunmayıb: “Kimlərsə çəkinirlər. Əmin deyillər ki, onların dəstəklədiyi qüvvələr axıradək sözəbaxan olacaqlar, yoxsa yox. Rusiyanın vəziyyəti bu baxımdan daha yaxşıdır. Rusiya bilavasitə Suriya prezidenti ilə əlaqə saxlayır. Onunla hansısa iş görmək olar. Amma Amerikanın dəstəklədiyi qüvvələr partizanlardır, min yerə işləyən adamlardır. Bu gün Amerikaya işləyirlər, sabah onu sata da bilərlər”.
 
R.Ağayev bildirib ki, indiki vəziyyət Amerikanı qane edir: “Çünki hər şeydən əlavə Amerika RusiyaSuriyada tələyə salmaq istəyir. Rusiya Əfqanıstanda düşdüyü bataqlıqdan sonra bu cür hadisələrdən, yəni yeni müharibələrdən qaçırdı. Rusiyanın maliyyə-iqtisadi vəziyyəti yaxşı deyil axı… Bu gün Suriyada Rusiyanın hərbçiləri həlak olur, hərbi texnikası, başqa sözlə desək maliyyəsi məhv edilir. Yavaş-yavaş Rusiyanı müharibəyə cəlb edirlər. Hamı bunu yaxşı başa düşür. Amerikanı da bu gün Suriya maraqlandırmır. Amerikanın fikri-zikri Rusiyadır. Amerika Rusiyanı gücdən salmaq, zəiflətmək istəyir. Bir problemi Suriyada, birini də Ukraynada yaradıb. Bununla da Rusiyanın vəziyyəti gərginləşəcək. Söhbət bundan gedir. Suriyada təkcə Suriyanın aqibəti həll olunmur. Rusiyanın aqibəti həll olunur. Əgər Rusiya Suriyadan getsə, demək Yaxın Şərqin qapıları Rusiya üçün bağlanır. Qalsa Rusiyanın vəziyyəti daha da gərginləşir. Yəni, Rusiya bu cür dilemma qarşısındadır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar