Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taleh Bağırova ən ağır cəza verilməlidir“ - Nardaranın deputatı


“Tale Bağırov Nardarana gələnə kimi vəziyyət sakit idi. İnsanlar başlarını salıb işlərini görürdülər. O, gələndən sonra vəziyyət dəyişdi. Radikal təbliğatı ilə gəncləri ətrafına toplayıb, insanları pis yola çəkdi”


Bunu azvision.az-a açıqlamasında Nardaranın deputatı Eldar Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, Taleh Bağırov və onun ətrafında olan insanlar hakimiyyətə qarşı çevriliş plan; hazırlayırmışlar. “Onlar istəyirdilər ki, Azərbaycanda şəriət dövləti olsun. Axı, siz kimsiniz, belə bir tələb irəli sürürsünüz? Taleh Bağırov həbsdən çıxandan sonra çirkin əməllərindən əl çəkmədi. Başladı işsiz, bekar gəncləri ətrafına yığmaya. Onlar dərk etmirdilər ki, Azərbaycan demokratik, hüquqi dövlətdir və ölkəmizdə ictimai-siyasi sabitlik var”. 

Deputat əlavə edib ki, Taleh Bağırov özünü dindar kimi qələmə versə də, o, xarici ölkələrin agentidir. Onun missiyası Azərbaycanda qarışıqlıq yaratmaq olub.

“Bunlar açıq şəkildə dövlətə qarşı silahlı qarşıdurma hazırlayırdılar. Biz qətiyyətlə bu hadisəni pisləyirik. Dövlətdən xahiş edirik ki, Talehə və onun ətrafında olanlara qarşı ən sərt cəza tədbirləri görülsün. Burada söhbət tək nardaranlılardan getmir, bu gün Gəncədə və Lənkəranda da belə xoşagəlməz hadisələr yaşanır. Aidiyyatı qurumlar ehtiyatlı olmalı, onların təxribat cəhdlərinin qarşısı alınmalıdır. Onlar o qədər təhlükəli insanlardır ki, hər şey gözləmək olar”.

E.Quliyev Taleh Bağırovun bahalı maşınlarda gəzməsinə diqqət çəkib: “Özü bahalı maşınlarda gəzir. Həmçinin 3-4 maşın onu müşayiət edir. O kimdir axı? Hansı vəzifənin sahibidir? Kənddə Taleh Bağırov cangüdənlərlə gəzirdi. Millət vəkili olaraq mənim elə səlahiyyətim yoxdur. Onda bu pullar, maşınlar haradan? Əgər o, özbaşınadırsa, bunları necə edə bilər? Demək ki, haradansa maliyyə gəlir. Xaricdən aldığı pullarla gəncləri ətrafına yığır. Bunlar da təbliğata tez uyanlardır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar