Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Televiziyaları qınaya bilmərik“


Cəmiyyətin və telekanalların yarıçılpaq müğənni problemi...


Azərbaycan telekanallarının efirində bəzi müğənniləri yarıçılpaq görməyə adət etmişik. Artıq onların bu geyimi cəmiyyətdə əvvəlki kimi etirazla qarşılanmır. 

Əksinə, televiziyadakı vəziyyət cəmiyyətə nüfuz edir və şəhərin küçələrində şou-biznes təmsilçilərindən geri qalmayan yarıçılpaq xanımları müşahidə edirik. Əgər əvvəllər bu kimi hallar qınaq obyektinə çevrilirdisə, indi geyim azadlığı kimi qəbul edilir. 

XXI əsrdə ifadə azadlığının tərkib hissəsi olan geyim azadlığı cəmiyyət tərəfindən qəbul olunsa da, azadlığın yeganə şərti unudulur. Birinin azadlığı digərinin azadlığının sərhəddinə qədərdir. Hansısa müğənninin yarıçılpaq geyinmək azadlığı bizim mənəvi dəyərlərimizə toxunursa, həm də onlar hər gün televiziya vasitəsilə evimizə qədər gəlirsə, bunun tənzimləməsi üsulları haqqında düşünməyə dəyməzmi? 

Musavat.com bu sual ətrafında media ekspertləri ilə müzakirə aparıb. Məlum oldu ki, qanunvericilik insanların istənilən formada geyinməsi üçün şərait yaradır, bu, yalnız televiziya rəhbərlərinin iradəsindən asılıdır. 

Media eksperti Zeynal Məmmədli deyir ki, geyim özünüifadənin bir yolu olduğu üçün ifadə azadlığı geyimə də aiddir: “İnsanlara geyimdə də seçim azadlığı verilməlidir, geyim hər kəsin şəxsi işidir. Ancaq əgər həmin şəxs televiziyaya çıxırsa, geyimini verilişin xarakterinə, auditoriyasına, öz xarakterinə görə seçməlidir. Efirdə görünən hər bir şəxsin geyimi özünün və ya rejissorun seçimidir, ancaq burada auditoriya və verilişin tipi mütləq nəzərə alınır. 

Məsələn, əgər aparıcı muğamla bağlı bir veriliş aparırsa, geyimi də ona uyğun olmalıdır. Əgər o qadındırsa, həmin verilişə mini ətək geyinib, çıxa bilməz. Əgər həmin şəxs verilişin mərkəzində dayanmırsa, geyimi ilə diqqətə gəlməməlidir. Əksər televiziyaların geyimlə bağlı bir standartı və rəhbər qaydaları olur. Məsələn, informasiya proqramlarının aparıcıları necə geyinə bilər və ya geyinə bilməz.
 
Əgər aparıcının və ya verilişə gələn qonaqların geyimi auditoriya tərəfindən etirazla qarşılanırsa, auditoriya azalırsa, bu da nəzərə alınmalıdır. Ancaq bu, auditoriya tərəfindən qəbul edilirsə, nəzərə alınmaya da bilər”. 

Zeynal Məmmədli efir adamlarının geyim tərzi ilə gündəmə gəlməsinin səbəbini verilişlərin məzmun baxımından zəif olması  ilə əlaqələndirir: “Azərbaycanda efirə çıxanların geyiminin daha çox müzakirə olunması, o deməkdir ki, həmin verilişlərin konteksti o qədər zəifdir ki, yeganə müzakirə obyekti aparıcının geyimidir. 

Məsələn, Vaqif İbrahimoğlunun bir tamaşasında Azərbaycanda ilk dəfə aktrisa səhnəyə çılpaq çıxarılmışdı. Ancaq tamaşaçılardan heç kim onu sezmədi. Tamaşanın dramaturgiyası o dərəcədə maraqlı idi ki, o çılpaqlıq gözlə görünmürdü, çünki bu, soyunmaq naminə çılpaqlıq deyildi. Əgər geyim məzmunla vəhdətdədirsə, orada qısalıq və uzunluq rol oynamır.
 
Ancaq cəmiyyətin ümumi bir norması, bəlli ədəb qaydaları da var. Əgər geyim ədəbsizlik kimi qarşılanırsa, o verilişdən yığışdırılmalıdır. Əgər söhbət əyləncəli verilişdən gedirsə, burada fərqli geyimlər diqqəti cəlb etməyin bir yolu ola bilər, ancaq bu, yeganə yol olmamalıdır. Bu məsələdə qəti şəkildə senzura qoyula bilməz. Ancaq hər bir proqramın məzmununa görə daxili qaydalar müəyyənləşə bilər”. 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov təmsil etdiyi qurumun bu haqda qadağalar müəyyənləşdirmək imkanının olmadığını, ancaq televiziya rəhbərlərinə tövsiyələr verildiyini bildirir: “Biz də müşahidə edirik, bu kimi halları... Əslində, geyim məsələsi hər kəsin şəxsi işidir. Ancaq televiziya ictimai qurum olduğu üçün burada efirə çıxan hər bir şəxs geyiminə diqqət etməlidir və televiziya qurumlarının rəhbərləri də ictimaiyyətin mənafeyi baxımından bu məsələyə həssas yanaşmalıdırlar. Ancaq məsələnin bir tərəfi də var ki, televiziyalar cəmiyyətin aynasıdır. 

Məsələn, ötən dəfə Səidə Sultanın, Aygün Kazımovanın geyimləri ilə bağlı tənqidlər yazılmışdı, mətbuatda... Ancaq bunun bir ölçüsü, etalonu yoxdur, burada hər hansı konkret forma yoxdur. Televiziya sadəcə olaraq, cəmiyyətin aynasıdır. Cəmiyyətdə xanımlar necə açıq-saçıq geyinirsə, eyni formada televiziyaya çıxanlar da belə geyinir. Cəmiyyətdə nə qədər Səidə Sultan və ya Aygün Kazımova kimi geyinən xanımlar var. Bu baxımdan televiziyaları qınaya bilmərik. Heç bir qanun bizə icazə vermir ki, hansısa telekanala və ya şəxsə geyimlə bağlı göstəriş verək. Biz bu məsələyə müdaxilə edə bilmərik, hər hansı senzuradan söhbət gedə bilməz”. 

Ekspertlərin sözlərindən belə qənaətə gəlmək olar ki, bu məsələdə hər hansı tənzimləmə mexanizmi yoxdur. İctimai rəyin aktiv olduğu cəmiyyətlərdə belə məsələlər ictimai qınaqla tənzimlənir. 

Ancaq ölkəmizdə ictimai rəyin təsir imkanlarının olmadığını və bəzi media qurumları üçün biznes maraqlarının ictimai mənafedən daha üstün olduğunu nəzərə alsaq, Səidə Sultanı, Aygün Kazımovanı, üstəlik canlı efirdə ana olmağa hazırlaşan Rəqsanəni də haqlı saymaq olar. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar