Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təmas xəttində vəziyyət təhlükəlidir və gərginləşə bilər”


"ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır"


APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
 
Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən birdir: “Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir.  Biz Vyana və Sankt-Peterburq müzakirələrini yüksək qiymətləndiririk və hesab edirik ki, bunlar düzgün istiqamətdə atılan addımlardır. Həmsədrlərə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə bu istiqamətdə səylərinə görə təşəkkür edirik. Bu dinamikanı saxlamaq lazımdır. Ümid edirik ki, Minsk qrupu bu istiqamətdə vacib rol oynayacaq. Münaqişənin nəticələrinin mərhələli şəkildə aradan qaldırılması, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat əlaqələrinin bərpası və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ümumilikdə münaqişənin həllinə imkan verəcək. Bu yanaşma BMT-nin müvafiq qətnamələrində də göstərilib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar