Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təmas xəttindəki atışma zamanı ermənilərə layiqli cavab verilib“


Qənirə Paşayeva :"İnsanların onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər"


"Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Ermənistanın yenə də Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində kənd sakinləri gərgin və narahat bir gün yaşayıb. Bu gün bir neçə dəfə kəndin rəsmi nümayəndələri ilə telefonla danışdıq . Bir az əvvəl də yenə icra nümayəndəsi Valeh müəllimlə danışdıq. Bir az sakitlik yaranıb və çox şükr ki, mülkü insanlarımızdan xəsarət alan olmayıb amma evlərə yenə də hər zamankı kimi zərər vurublar". 

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gecə Tovuzun Əlibəyli kəndinin atəşə tutulması ilə bağlı yazıb.
O, qeyd edib ki, sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xislətidir:

"ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyid münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik təssüf ki... İnsanların onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər. Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layili cavab veriblər amma görünən odur ki, mülkü insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən çox təssüf ki Ermənistan bundan sonra da əl çəkmək niyyətində deyil. İnşallah yenidən Tovuza gedəcəm və insanlarımızla bir araya gəlib görüşəcəyik. Allah kənd sakinlərimizi və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun! Onlar üçün dualarınızı əksik etməyin!"


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar