Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təmkinli büdcədir“ - Vitse-spiker


“Dünyada gedən iqtisasi, siyasi, hərbi proseslərin fonunda təqdim olunan 2016-cı ilin büdcə layihəsi çox real, imkanlarımızın nəzərə alındığı və təmkinli büdcədir”


Bu sözləri parlamentin plenar iclasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib. O qeyd edib ki, təqdim olunan büdcə layihəsi ilə 2016-cı ildə qarşıda duran məsələlər həll oluna bilər.

Vitse-spiker Şimal-Cənub tranzit dəhlizinin Azərbaycan üçün əhəmiyyətindən danışıb. O, sözügedən tranzit dəhlizinin inkişafı ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin İran Dəmir Yolları ilə birlikdə fəaliyətə başladığını bildirib. Z.Əsgərov vurğulayıb ki, strateji cəhətdən çox önəmli olan bu “kolidor”un potensialı olduqca yüksəkdir:

Avropa Birliyi ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94 faiz hissəsi dəniz yolu ilə daşınmaqdadır. Rusiya ilə İran arasında 2014-cü il üzrə ticarət dövriyyəsi 3,3 milyon dollar təşkil edir. Digər ətraf ölkələri də nəzərə almaqla 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən effektiv logistik həll yoludur. Qeyd olunan bütün yüklərin sözügedən dəhlizə cəlb olunması üçün aşağıdakı tədbirləırin görülməsi nəzərdə tutulur: Birinci, Azərbaycanın Astara rayonunun ərazisində mövcud dəmir yolu xətti İran sərhəddinə qədər 8,3 kilometr uzadılır. İkinci, sərhəddə olan Astaraçay üzərindən körpü inşa olunur. Üçüncü, İran Astarası ərazisində əlavə 1,7 km dəmir yolu xətti çəkilir. Dördüncü, İran Astarasında dəmir yolu xəttinin tamamlandığı 10 hektar ərazidə yük terminalı məntəqəsi inşa edilir və həmin terminal yüklərin tirlərdən qəbul olunaraq, dəmir yoluna yüklənməsi, saxlanması, emalı, sənədləşdirilməsi funksiyalarını həyata keçirir.

Belələlik yük vaqonlarının Azərbaycan ərazisinə tranzit rejimi statusu ilə daxil olaraq Rusiya istiqamətində hərəkəti asanlaşmış olacaq ki, bu da logistikanın səmərəli təşkili baxımından tranzit qiymət və tranzit vaxt meyarlarına ciddi təsir göstərəcək. Yuxarıda qeyd olunan yük terminalı Azərbaycanİran Respublikalarının müştərək idarəçiliyində olmaqla, həm idarəçilik, həm də gəlirlərin bölüşdürülməsi bərabər praposiya ilə həyata keçiriləcək. Bu yük terminalı hər iki ölkənin təstiq etdiyi xüsusi iqtisadi rejim statusunda fəaliyyət göstərməklə Rəşt-Astara dəımir yolu xəttinin tikintisindən sonra oxların dəyişməsi üçün də istismar olunacaq. Astara rayonu ərazisində mövcud dəmir yolu xəttinin 8,3 km uzadılması və sərhəddə olan Astaraçay üzərindən körpü inşa olunması üçün təxminən 40 mln dollar tələb olunur. Hazırda işçi qrupu yuxarıda qeyd olunanların həyata keçirilməsi istiqamətində çalışır.

İlkin mərhələdə 5 milyon ton, növbəti etapda isə 10 milyon ton yükün sözügedən tranzit dəhlizinə cəlb olunması planlaşdırılır”.

Milli Məclisin sədr müavini qeyd edib ki, proritet istiqamət təşkil edən bu tranzit dəhlizin açılması Azərbaycan büdcəsinə əlavə gəlirlərin gəlməsinə şərait yaradacaq. O, hökumət üzvlərindən bu məsələni həmişə diqqətdə saxlamağı xahiş edib.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar