Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təşkilat çətin vəziyyətdə qalacaq“


Azərbaycan RespublikasınınATƏT yanında daimi nümayəndəliyi Daimi Şuranın 8 oktyabr 2015-ci ildə keçirilən 1070-ci iclasında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mandatının pozulması” ilə bağlı daha iki bəyanat yayıb


APA-nın məlumatlna görə, birinci bəyanatda bildirilir ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru ATƏT-də hər hansı məsələ qaldırıldığı halda, Sədrliklə məsləhətləşməli və məsələni baxılması üçün Daimi Şuraya verməlidir. 
 
Qeyd edilir ki, direktorun təkbaşına qərar qəbul etməsi üçün təlimatlar və qaydalar olmalıdır, lakin belə qaydalar yoxdur. O, belə bir mexanizm olmadan qərar qəbul edib və Azərbaycan nümayəndə heyəti bu məsələni Daimi Şuranın 17 sentyabrda keçirilən iclasında qaldırıb: “DTİHB-nun direktoru narahatlıqlarımızı dinləmək üçün təxminən 3 həftə ərzində bizimlə əlaqə saxlaya bilərdi. O bunu etmədi, özbaşına bu qərarı qəbul edən zaman da bunu etməmişdi. Biz direktorun mandatını aşması ilə bağlı məsələ qaldırmışıq. Bunun bir tərəfdən büdcə ilə bağlı nəticələri olacaq, belə ki, biz büdcəni keçən il Azərbaycandakı seçkilərin müşahidə ediləcəyini nəzərə alaraq qəbul etmişik. Digər tərəfdən, ATƏT DTİHB-nin belə qərarın qəbul etməsinə səlahiyyətinin çatması ilə bağlı da məsələ var. Bəzi hesab edirsə ki, DTİHB-nin müstəqilliyi onun mandatını aşa bilər, artıq bu, təşkilat daxilində problemlərin olmasının göstəricisidir. Şəffaflığa əməl olunmasa, təşkilat çətin vəziyyət qarşısında qalacaq".
 
 
İkinci bəyanatda qeyd edilir ki, Daimi Şuranın sonuncu iclasında və indiki iclasda DTİHB-nın mandatını pozması ilə bağlı verilən suallara heç bir cavab verilməyib.     
 
Bildirilir ki, Azərbaycan qeyd edilən məsələ ilə ciddi məşğuldur və qarşılıqlı səylərin davam etdirilməsinin tərəfdarıdır: “Görünən odur ki, Sədrlik və Nümayəndəlik tərəfindən birgə səylər var, lakin DTİHB tərəfindən yoxdur. Əgər direktorun mandatını pozması ilə bağlı çağırışımızın əsassız olduğunu hesab edirsinizsə, o zaman inandığınız arqumenti gətirin. Düşünürük ki, o mandatını pozub. Bununla bağlı məsələ qaldırsanız, biz bu haqda danışa bilərik, lakin görməzdən gəlmək bizim qəbul edə biləcəyimiz məsələ deyil. DTİHB-dan da eyni yanaşmanı qəbul edə bilmərik. Artıq ikinci dəfədir ki, üzv dövlət mandatın pozulması ilə bağlı məsələ qaldırır və biz hələ də bununla bağlı hər hansı iş görüldüyünü şahidi olmamışıq”.
 
Qeyd edək ki, ATƏT DTİHB Azərbaycan keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməməyə qərar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar