Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təşviqat üçün maddi imkanlar çox məhduddur”


Artıq növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat başlayıb


Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Namizədlər bu mərhələdə hansı  işlərin görülməsini planlaşdırırlar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Modern.az saytına açıqlamasında deyib ki, artıq Azərbaycanın bütün rayonlarında məntəqələrin lövhələrinə portretlər vurulmağa başlayıb:

“O cümlədən xüsusi kitabçalar paylayacağıq, təxminən 50 min civarında. Bunlar birbaşa bizim proqramımızla bağlıdır. Həmçinin, üzərində portretlər  və şüarımızın əks olunduğu xüsusi avtomobillər hazırlatmışıq. Bunlar da təbliğat vasitəsi kimi şəhərdə istifadə oluncaq. Təbii ki, televiziyada canlı və pulsuz efir vaxtından, eləcə də radiodan istifadə etmək fikrimiz var. Müəyyən kütləvi informasiya vasitələrində, dövlət qəzetlərində bizə ayrılan yerlərdə yazılar dərc olunacaq. Artıq bununla əlaqəli materiallarımız hazırdır. Üzümüzə gələn günlərdə təqdim edəcəyik”.

Deputat qeyd edib ki, rayonlardan  xüsusilə Naxçıvanda təşviqat işləri aparılacaq:

“Biz  orada kitabçalarımızı paylayıb, portretlərdən istifadə edəcəyik. Böyük meydanlarda görüşlə bağlı isə bir neçə yerlər müəyyənləşdirmişik. Bunlar Sumqayıt, Şirvan və başqa  məkanlardır. Lakin bu, hələ də müzakirə mövzusudur, hələ zamanımız var”.

F.Quliyevin sözlərinə görə, təşviqat üçün maddi imkanlar çox məhduddur:

“Bizim maddi imkanlarımız çox olsaydı, pullu efir vaxtlarından istifadə etməyə çalışardıq və daha ciddi təbliğat proqramı qurardıq. Çünki seçkilər partiya üçün  kifayət qədər önəm kəsb edir. Bu sayədə partiya həm öz gücünü yoxlayır, həm də öz fikirlərini cəmiyyətə aşılayır. Amma biz imkanlarımıza görə hərəkət edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar