Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The Washington Post” Azərbaycandakı qanunsuz orqan alverindən yazdı

“Yeni Müsavat”ın Bakıda izinə düşdüyü Yusif Sönməzin qanunsuz orqan transplantasiyaları gerçəkləşdirdiyi təsdiqləndi


Dünyanın ən amansız və qaranlıq ticarət sahələrindən biri də insan orqanlarının alveri və nəqlidir. 

Öz sağlamlıqlarını hər şeydən üstün tutan bir qism insanlar, xüsusilə də onların ən imkanlıları orqan nəqlinə ehtiyac duyurlar. Onların bu istəkləri tez bir zamanda qaranlıq təşkilatlar, cinayət şəbəkələri və bu işin içində olan həkimlər tərəfindən yerinə yetirilir.

“The Washington Post” qəzetində məsələ ilə əlaqədar maraqlı faktların açıqlandığı yazı dərc edilib. Bu günlərdə dərc olunan, Kayl Suinsonun müəllifi olduğu həmin məqalədə göstərilən faktların bir çoxu “Yeni Müsavat” qəzetində 2010-cu ildən bu yana bir neçə dəfə diqqətə çatdırılıb. ”Yeni Müsavat" məqaləni təqdim edir: 

“2008-ci ilin noyabrında Yılmaz Altun adlı türk vətəndaşı Priştina (Kosovo) aeroportunda öz reysini gözləyərkən qəfildən huşunu itirərək yerə yıxılır. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yara izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir. Altun polisə ölkədəki ”Medikus" adlı klinikada böyrək donoru olduğunu boynuna alır. İstanbuldakı bu işdə ona vasitəçilik edən şəxs gənc türkə külli miqdarda pul vəd edibmiş. Hələ də bir çox ölkələr tərəfindən tanınmayan Balkan ölkəsində baş verən bu hadisə orqan ticarəti ilə bağlı beynəlxalq qara bazar haqqında aparılan genişmiqyaslı təhqiqatda yıxılan ilk domino daşlarından biridir. İqtisadi vəziyyətlərindən dolayı ümidsiz vəziyyətdə qalan və əsasən Türkiyə və keçmiş SSRİ-dən çıxan donorlar öz orqanlarını qurban verməyə məcbur olurlar. Bu orqanların əsas alıcıları isə İsrail vətəndaşlarıdır. Onlar bir böyrəyə görə 80 mindən 100 min avroya qədər vəsaitdən keçməyə belə razıdırlar. Avropa Birliyi hüquq-mühafizə missiyasının Kosovodakı prokuroru Conatan Reytel bunu kasıbların və ehtiyacı olanların istismarı adlandırıb. “Bu, yoxsul insanların qəddarlıqla biçilməsidir”, - deyə o söyləyib.

Təhqiqata baxmayaraq, “Medikus”əməliyyatının əsas iştirakçıları keçən həftəyə qədər ədalət mühakiməsindən yayınmağa müvəffəq olublar. Keçən həftənin cümə günü isə Priştina polisi İsrail vətəndaşı Moşe Harel adlı birisinin Kiprdə həbs edildiyini bildirib. “Donorları tapan vasitəçi olaraq adlandırılan Harel özü 2010-cu ildən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərindən axtarışa verilibmiş. Moşe Harel hazırda Rusiyada da axtarışa verilən canilərdən biri sayılır. ”The Guardian" qəzetinin məlumatına əsasən, “Medikus”, məşhur Kosovo cərrahı Lütfi Dərvişi və onun oğlu Alban Dərvişi tərəfindən idarə olunub. Donorların bədəndən çıxarılması əməliyyatı isə “Quzğun doktor” ləqəbli Yusuf Ersin Sönməz tərəfindən həyata keçirilib.

“Medikus” Sönməz, Harel və başqlarının idarə etdiyi klinikalar şəbəkəsindən biridir. Biz bu cür klinikaları Azərbaycan və digər yerlərdə təsbit etmişik. Onlardan birinin Cənubi Afrika Respublikasında da aşkar olunacağına ümid bəsləyirik", - prokuror Conatan Reytel hələ 2013-cü ildə bildirmişdi. Ata və oğul Dərvişilər də 2013-cü ildə məhkum edilib. Kipr məhkəməsinin müəyyən etdiyinə görə, böyrəyi alınan insanlara olduqca cüzi miqdarda, yəni hər böyrəyə görə cəmi 10 min dollar pul verilibmiş. “Bəziləri isə ümumiyyətlə, vəd olunan pulu da almayıblar. Sənədlərdə ən azı iki nəfərin öz evlərinə cibi boş və bir böyrəklə qayıtdığı göstərilib”, məqalədə deyilir.

“Yeni Müsavat”ın əməkdaşları hələ 2010-cu ildə Bakıda məqalədə adı keçən Yusuf Ersin Sönməzin izinə düşmüşdülər. Dünyanın bir çox ölkələrində “Doktor Frankeşteyn” kimi tanınan Yusuf Ersin Sönməzin Bakıda, Badamdar qəsəbəsində yerləşən  “Nur” klinikasında qanunsuz orqan köçürülməsi əməliyyatlarını gerçəkləşdirdiyi üzə çıxmışdı. Y.Sönməz o dövrdə Bakıya gələrək mətbuat konfransı keçirmişdi. Yazdıqlarımızı təkzib edəcəyini konfrans öncəsi dönə-dönə vurğulayan Y.Sönməz konfrans zamanı müxtəlif mövzulara baş vuraraq qanunsuz orqan transplantasiyasının üstündən sükutla keçmişdi.

Yada salaq ki,  2009-cu ildə ABŞ-da, Nyu-Cersi ştatında ifşa olunan yəhudi ruhanisinin çetesinə də İsrail əsilli, “Çöpçatan” ləqəbli Levy-İzhak Rosenbaum başçılıq edib. Bu çete orqan alveri və qaçaqmalçılığı ilə məşğul olub. Çetenin 44 üzvü həbs olunub. Çete keçmiş sovet ölkələrindən olan şəxslərdən 8-10 min dollara orqanlarını alaraq, ABŞ-da 160 min dollara satırmış. Ən maraqlı məqam isə odur ki, çeteyə başçılıq edən Levy-İzhak Rosenbaumla bir vaxtlar Bakıda, Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında çalışan “Frankenşteyn” ləqəbli Yusuf Erçin Sönməzin yəhudi əsilli ortağı, İsrailli professor Zəki Shapiranın münasibətləri də olub. Z.Shapira isə Yusuf Erçin Sönmezin ortağı olmaqla yanaşı, onun 15 illik dostudur. Bu məlumatlar Y.Sönməzin hansı masştabda qanunsuz orqan köçürmələri ilə məşğul olduğunu ortaya qoyur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar