Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Torpaqların azad olunması prosesi artıq başlamalıdır“


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib


O, hazırkı geosiyasi reallıqda Dağlıq Qarabağ probleminin siyasi gedişatına işıq salıb:
 
“Dünyada geosiyasi qarşıdurma davam edir. Cənubi Qafqazda və regionun ətrafında hadisələr gərgindir. İlk növbədə Yaxın Şərqi, Türkiyədəki vəziyyəti və münaqişədə iştirak edən Rusiya və Amerikanı nəzərdə tuturam. Digər tərəfdən, Türkiyə kürdlərə və İŞİD-ə hücuma keçib. Belə bir fonda AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşü gecikir. Müəyyən hadisələr həmişə danışıqlar prosesinə təsirini göstərir. 

Fikir verin, Ermənistanda da vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkədə Rusiyaya qarşı şüarlar səslənir və rus dilli vətəndaşlar Ermənistanı tərk edir. Bütün bunlar Ermənistanın siyasətində yeni əlamətlərdir. Əgər məsələyə bu kontekstdən yanaşsaq, onda müəyyən şərtlərlə hansısa nəticələri gözləmək olar. Çünki Ermənistanda başa düşürlər ki, vəziyyət sonsuzadək belə qala bilməz. 

Eyni zamanda, Rusiya da son zamanlar Azərbaycanla yaxınlaşır. Moskva Bakının yeni rolunu çox gözəl dərk edir. Qarabağ danışıqlarının bu kontekstdə aparılması, düşünürəm ki, yeni təkliflərlə müşahidə oluna bilər. Bu təkliflər isə birbaşa Azərbaycanın maraqlarına cavab verməlidir. Yəni şərtsiz, heç bir problemsiz torpaqların azad olunması prosesi artıq başlanılmalıdır”.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar