Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Trampın Dağlıq Qarabağ probleminə münasibəti Azərbaycandan yana olacaq” - Politoloq


“Erməni lobbisinin maliyyə dəstəyi daha çox xanım Klintondan yana olduğu üçün bu yöndə Trampın erməni lobbisinə münasibəti o qədər də müsbət deyil”


Bu fikirləri politoloq Natiq Miri ABŞ-ın yeni prezidenti Donald Trampın erməni lobbisi ilə əlaqəsinə və Trampın Dağlıq Qarabağ ilə bağlı mövqeyinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, bəzi mətbu orqanlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Dağlıq Qarabağın işğaldan azad olunmasında Azərbaycana yardım göstərə biləcəyi ilə bağlı fikirlər irəli sürülüb. Bəs görəsən Donald Tramp Qarabağ məsələsində fərqli mövqe tuta bilərmi və tutarsa, bu mövqe necə ola bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Image result for natiq miri

Natiq Miri: “Bu gün Dağlıq Qarabağ ABŞ, nə də bu gün ABŞ-la gərgin münasibətdə olan Rusiya üçün prioritet məsələ deyil”.

Dağlıq Qarabağ münaqişəsinin həllinin dünyada baş verən prosseslərdən, o cümlədən Suriya, Ukrayna münaqişələrinin həllindən asılı olduğunu vurğulayan politoloq Natiq Miriyə görə, bu münaqişələr öz həllini tapacağı təqdirdə Dağlıq Qarabağ problemində də müsbət irəliləyişlər olacaq:

“Seçki öncəsi mübarizədə Trampın erməni lobbisi ilə əlaqələri haqqında hansısa informasiya olmamışdı. Xüsusilə də bu seçki mübarizəsində Trampın maliyyələşdirilməsi yönündə konkret informasiyalar olmadığı üçün demək olar ki, Trampa erməni lobbisinin təsiri o qədər də güclü deyil. Əksinə erməni lobbisinin maliyyə dəstəyi daha çox xanım Klintondan yana olduğu üçün bu yöndə Trampın erməni lobbisinə münasibəti o qədər də müsbət deyil. Onu da nəzərə almaq lazımdır ki, Tramp həm seçki öncəsində, həm də prezident seçiləndən sonra bəyan etdi ki, yaxın 5 il müddətində bütün lobbi fəaliyyətlərini tamamilə ləğv edəcək. Və bu ermənilərin maraqları konstektində deyil. Düşünürəm ki, erməni lobbisinin Amerika prezidentinə təsiri sıfıra bərabər olacaqsa, bu Dağlıq Qarabağ probleminin həllinə müəyyən mənada ədalətli yanaşmağa rəvac verə bilər. Bu isə Azəbaycanın maraqları konstektindədir. 

Ayrıca, Dağlıq Qarabağ probleminin bu gün dünyada baş verən digər münaqişələrdən ayrı həll olunması prosesini düşünmək doğru olmazdı. Çünki bu gün Dağlıq Qarabağ ABŞ, nə də bu gün ABŞ-la gərgin münasibətdə olan Rusiya üçün prioritet məsələ deyil. Bu gün dünyanın gündəmi həm Rusiyanın, həm ABŞ-ın, həm də Avrasiyadakı həlledici regional dövlətlərin bir nömrəli problemi Yaxın Şərqdə olan münaqişələrdir ki, bu kontekstdə Suriya, İraq, Ukrayna önə çıxır. Ona görə də bu münaqişələrin həlli üçün dünya güclərinin uzlaşmasına mütləq mənada ehtiyac var. 

Natiq Miri: “Dağlıq Qarabağ münaqişəsinin həllini bu münaqişələrdən ayrı tutmaq düzgün olmaz”.

Bu gün Qərb dünyası Ukraynanın Krım əyalətinin Rusiya tərəfindən işğal olunduğu üçün konkret olaraq bütün sferalar üzrə Rusiyaya sanksiyalar tətbiq edib. Və bunun üçün Ukraynada da qlobal güclərlə Rusiya arasında anlaşmaya ehtiyac var ki, həm bu sanksiyalar aradan qalxsın, həm də bu münaqişələr çözülsün və qlobal təhlükələr, terrorlar bütövlükdə aradan qaldırılsın. Əgər bu münaqişələr konstektində yəni,  Suriya, Yaxın Şərq və eyni zamanda postsovet məkanında olan Ukraynadakı münaqişələrdə Qərb-Rusiya uzlaşması olacaqsa, bu mütləq şəkildə Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllini bu münaqişələrdən ayrı tutmaq düzgün olmaz. Fikrimcə, bütün bu məsələlərə kompleks yanaşmaq lazımdır. Eyni zamanda bu münaqişələrdə dünya güclərinin mütləq mənada uzlaşmasına ehtiyac var. Bu uzlaşma olduğu təqdirdə Dağlıq Qarabağ problemində də müsbət irəliləyişlər olacaq və ABŞ-ın da Dağlıq Qarabağ probleminə münasibəti Azərbaycandan yana olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar