Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tural Abbaslının YAP haqda danışmağa stajı çatmır”


“Bunu hər zaman demişəm, Müsavat bir partiya olaraq qəzet və kağız üzərində fəaliyyət göstərir”


PİA.AZ  xəbər verir ki, bunu aznews.az-a açıqlmasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 

Müsavat Divanın üzvü, başqanlığa namizəd Tural Abbaslının “Qafqazinfo”ya müsahibəsində “Bizim parçalamaq istədiyimiz bir partiya var, o da YAP-dır” fikrinə münasibət bildirən S. Novruzov Müsavat özü parçalanır və xeyli insan buranı tərk edib: “Əvvəllər bu partiyada nüfuzlu, ağıllı şəxslər var idi. İndi onlardan bir nəfər də olsa Müsavatda qalmayıb. Bu gün Müsavat da Azərbaycan Xalq Cəbhəsi Partiyasının taleyini yaşayır. Necə ki, Əli Kərimli cangüdənini Məclis üzvü edir, Müsavatda da yolda tapılan Divana üzvü qəbul edilir. Bütün bu amillərə görə, Müsavat bir partiya olaraq dağılmağa məhkumdur və hazırda da bu proses gedir”.

S.Novruzov Tural Abbaslının YAP haqda dediklərinə cavabında isə bunları deyib: “Tural Abbaslının Yeni Azərbaycan Partiyası haqqında fikir bildirməyə yaşı və stajı çatmır. Müsavat öz problemlərinin həlli ilə məşğul olsa yaxşıdır. Tural Abbaslı kimdir ki, YAP haqqında nəsə fikir bildirir. Böyük siyasətə girməmiş onun YAP haqqında nəsə danışmağı yersizdir”. S.Novruzov əlavə edib ki, partiyada başqanlığa namizəd Tural Abbaslının olması da sözügedən qurumun vəziyyətindən xəbər verir: “Partiya görün hansı vəziyyətdədir ki, Tural Abbaslı başqanlığa namizəd seçilib. Bununla Müsavatın vəziyyətin aydınlaşdırmaq olur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar