Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə Bakıdan Fetö-yə qarşı addımlar gözləyir”


Səfirdən açıqlamalar


Bu prossesdə Türkiyə demokratiyası qazandı

Azərbaycan Türkiyəyə hər hadisədə olduğu kimi 15 iyul hadisəsində də dəstək verdi, yanında oldu. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki,Türkiyə Cümhuriyyəti, demokratiyası ayaqdadır, buna kiminsə şübhəsi olmasın: “Fətullahçı terror təşkilatının əməllərinə xalqın necə təpki verməsinə şahid oldunuz. Xalq küçələrdə mövqe sərgilədi, siyasi partiyalar da dövlətin yanında oldu. Başda Azərbaycan olmaqla, Tükiyənin bütün dostlarına demək istəyirəm ki, rahat olsunlar. Bu prosesdə Türkiyə demokratiyası qazandı”.

“Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”.
Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: “Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.

“Türkiyədə 15 iyul hadisələrini törədənlər ölkə daxilindən təmizlənir. Amma onlar xarici dövlətlərdə işlərini davam etdirməyə çalışırlar”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla danışıqlar aparırıq, məlumat mübadiləsi edirik. Türkiyə ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bu proses bundan sonrada davam edəcək”, – səfir vurğulayıb.

Səfir FETÖ-nün (Fətullahçı Terror təşkilatı) rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını, onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı işlər aparıldığını bildirib: “15 iyul hadisələrini törədənlərin kimliyi ortadadır. Dünyada terrorla birgə mübarizə aparılırsa, bu istiqamətdə Türkiyəyə dəstək verilməlidir. Hazırda bununla bağlı gözləntilərimiz böyükdür”.
A.Coşqun vurğulayıb ki, 15 iyul hadisələrinin arxasında terror təşkilatı dayanır, bu, birmənalıdır: “Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Burada ABŞ-ın mövqeyini gözləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar