Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə və Rusiya arasında birbaşa hərbi qarşıdurma mümkündür”


Linda Hints

Focus (Almaniya), 01.12.2016


İraqSuriyada İŞİD-ə qarşı mübarizədə uğurlar müşahidə olunur – terrorçular müdafiəyə keçiblər. Lakin bununla bərabər dağıdıcı nəticələr törədə biləcək yeni münaqişə xətləri meydana çıxır.

“Amerikalıların hərbi təmkini sayəsində boşluq yaranıb və bu, Donald Trampın seçkilərdə qələbəsi hesabına ancaq güclənəcək. Obama topal ördəkdir, Tramp isə hələlik hakimiyəti qəbul etməyib, – Yaxın Şərq üzrə ekspert Əbdülmütəllib əl-Hüseyni deyir. – Bəzi oyunçular hesab edirlər ki, bölgənin siyasi xəritəsini yenidən nəzərdən keçirmk üçün gərəkli məqam çatıb”.

Ekspert ortaya çıxan dəyişiklikləri sadalayır:

•Misir Səudiyyə Ərəbistanı ilə ittifaqı pozmağa yaxındır

Səudiyyə Ərəbistanı ərəb dünyasında aparıcı rolu tədricən itirir

İran öz nüfuzunu genişləndirmək və Səudiyyə Ərəbistanı ilə tarixi mübarizədə udmaq üçün yaxınlaşan imkanı görür

Suriya diktatroru Bəşər Əsəd daha təcriddə deyil

Rusiya bölgədə öz hakimiyyətini möhkəmləndirmək istəyir

•Türkiyə getdikcə daha fəal şəkildə müdaxilə etməyə başlayır

Ekspertin sözlərinə görə, söhbət partlayış təhlükəli qatışıqdan gedir. O, hər şeydən əvvəl Türkiyə və Rusiya arasında mümkün birbaşa qarşıdurmadan ehtiyat edir. Hüseyni deyir: “Ərdoğan kürdlər üzərində qələbə və sərhədləri öz xeyrinə dəyişdirmək imkanı görür”. Ancaq ekspert çətinliklə təsəvvür edə bilir ki, Putin bunu qəbul edər.

“Hər an birbaşa qarşıdurma yarana bilər”

Görünür, Ərdoğan özünün  Suriya siyasətini dəyişməyə hazır deyil. O lap əvvəldən Əsədi devirməyə can atıb. Lakin Rusiya diktatoru müdafiə edir. Hüseyni deyir: “Mən bundan çıxış edirəm ki, Türkiyə və Suriya arasında hər an birbaşa hərbi qarşıdurma başlana bilər”.

Deməli, Türkiyə məlumatlarına görə, keçən həftə Suriya HHQ-nin aviazərbəsinin gedişində dörd türk əsgəri öldürülüb. Amma güman etmirik ki, Suriya ordusu Rusuiya tərəfdən dəstəksiz bu cür hərbi əmliyyatı keçirmək iqtidarında olsun. Ekspert bildirir: “Çətinliklə təsəvvür edə bilirəm ki, Suriya ordusu ruslar tərəfdən qorumasız hücum etsin. Bu onlar üçün çox təhlükəli olardı”.

Türkiyə avqustun axırından Suriya könüllü yığımaları ilə bərabər Suriyanın şimalında İŞİD-ə qarşı hücum əməliyyatı həyata keçirir və eyni zamanda kürdləri əzməyə cəhd edir. Türkiyə prezidenti müxtəlif ifadələrlə təşviş doğurur ki, ölkəsinin sərhədlərini genişləndirməyə səy göstərə bilər. Məsələn, o, hər şeylə bərabər işarə edib ki, Türkiyənin ata qurucuları ölkənin indiki sərhədlərinin o biri tərəfində doğulublar.

Hüseyni hesab edir ki, ruslar türklərin ekspansiyasını qəbul edəcəklər. Doğrudanmı, məsələ iki ölkənin birbaşa hərbi qarşıdurmasına gedib çıxa bilər? İndiki anda qurudakı əməliyyatların dinamikasını dəyərləndirmək çox çətindir. Lakin aydındır ki, ən nəhayətdə qarşıdurma baş verə bilər –ya birbaşa, ya da özgə əliylə müharibə formasında. İki ölkənin münasibətlərinin nə qədər qəliz olduğ keçən ilin axırında Rusiya hərbi təyyarəsi Türkiyə HHQ tərəfindən vurulduqdan sonra aydınlaşıb.

NATO dəstək verəcək?

Türkiyə NATO üzvüdür. Qərb Rusiya ilə münaqişəyə cəlb edilmiş ola bilərmi? Hüseyni bu cür variantı az ağlabatan sayır. “Düşünmürəm ki, NATO bu halda Türkiyəyə dəstək verər. Çünki Ərdoğa mütfəfiqlərinin iradəsi ziddinə olaraq öz müharibəsini aparır, ABŞ-la əməkdaşlıq etmiş kürdləri təqib edir və demək olar, hamıya paz olub. Çətin ki Qərb onun  çaldığına oynayar”.

Türkiyə incə vəziyyətə düşüb. O, minilliyin əvvəlində “qonşularla sıfır problem” siyasəti yürüdürdüsə, hazırda öz ətrafnda bir sıra çətinliklər cəmləyib. “Ərdoğan hazırda düşmənlərlə əhatə olunub, – Hüseyni deyir. – Suriya müharibəsində lap əvvəldən özünü hələ də hakimiyyətdə olan Əsədə qarşı mövqe tutdu. İraqda Türkiyə hərbi iştirakı üzündən paz olub. Misirdə hakimiyytədən uzaqlaşdırılan və təqibə məruz qalan müsəlman qardaşları dəstəkləyib. Hələ kürdlərlə də münaqişəyə nail olub”.

Ekspertin fikrincə, Ərdoğan özünə yüksək qiymət verir. “O, böyük Türkiyə imperiyası utopiyasına qapılıb, öz qüvvəsini hesablamadığı təhlükəsi böyükdür. Çox adam hakimiyytədə gerçəklik hissini itirir. Təəssüf ki, Ərdoğanda da bunun əlamətləri var”.

Bu, bölgədə sabitliyin son qalıqlarını məhv edə bilər. Hüseyni xəbərdarlıq edir: “Hazırda bölgə üçün əsas təhlükə mövqeləri zəifləyən İŞİD deyil, hər yerdə üzə çıxan yeni münaqişələrdir”.(Tərcümə Stateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar