Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyəni qarışdırmaq istəyən beynəlxalq aktorlar çoxdur” - Politoloq


“Ərdoğan çox hiyləgər siyasətçilərdəndir. O, yaxşı başa düşür ki, Rusiya ilə strateji ittifaq yaratmaq və ABŞ-a qarşı çıxmaq onun hakimiyyətinə baha başa gələ bilər”


Bu fikirləri Rusiya-Türkiyə münasibətlərinə toxunan politoloq Zaur Məmmədov PİA.AZ-a müsahibəsində qeyd edib.

Qeyd edək ki, avqustun əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın görüşü gözlənilir. Prezidentlərin görüşü ilə bağlı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov öz fikirlərini  PİA.AZ-ın əməkdaşı ilə bölüşüb. 

Zaur Məmmədov: “İki güclü ölkənin dostlaşması  hər iki ölkəyə Qərb ilə əməkdaşlıq üçün yeni müstəvi aça bilər”.

PİA.AZ politoloq Zaur Məmmədovla olan müsahibəni oxucularına təqdim edir:
Image result for Politoloq Zaur Məmmədov


- Ərdoğan-Putin görüşündən hansı gözləntiləriniz var və bu görüş bölgədə Rusiya-Türkiyə ittifaqının yaranmasına yol aça bilərmi? 

- Nəhayət ki, Ərdoğan və Putin arasında münasibətlər isinib və iki lider arasında görüş baş tutacaq.  Çevrilişə cəhd zamanı Rusiya Ərdoğana dəstəyini açıq şəkildə bəyan etmişdi. Görüş zamanı siyasi və iqtisadi məsələlər müzakirə olunacaqdır və sirr deyil ki, iqtisadi məsələlər ətrafında mühüm irəliləyişlər olacaq. Rusiyanın çətin iqtisadi durumunda türk iş adamlarının bu ölkəyə geri dönüşü və investisiyalar yatırması indiki durumda Rusiya üçün çox vacibdir. Krım məsələsində də Türkiyə ilə əməkdaşlıq Rusiyaya siyasi və iqtisadi dividentlər qazandıra bilər. Ona görə də hər iki ölkə rəhbərliyinin dostluq mesajları verəcəyini gözləyirəm. Türkiyə ilə Rusiya arasında yeni siyasi-iqtisadi mərhələnin baçlayacağını güman edirəm.

- Bilirik ki, Rusiya ilə Türkiyə arasında əsas fikir ayrılığı Suriya problemi ilə bağlıdır. Putin və Ərdoğanın iki ölkə arasındakı bu problemi çözmək üçün siyasi imkanlarının olduğunu düşünürsünüzmü? 

-Suriya məsələsində əsas söz ABŞ-a məxsusdur. Türkiyə və Rusiya isə ortaq məxrəcə gələrək gələcəkdə Suriyada toqquşmayacaqlar. Hər iki ölkə koordinasiyalı şəkildə orada hərəkət edə bilərlər. Strateji məslələrdə isə Suriyada Türkiyə və Rusiyanın hansısa razılığa gələ biləcəyini güman etmirəm. Hesab edirəm ki, hər iki tərəf bundan sonra bir-birlərinin maraqlarına hörmətlə yanaşacaq və qarşılıqlı olaraq hərəkətlərini koordinasiya edəcəklər.


Zaur Məmmədov: ““Ərdoğan başa düşməlidir ki, onun ərəb siyasəti başdan iflasa uğrayacaq”.




Suriya məsələsində Rusiya ilə Türkiyə arasında razılaşma əldə olunma ehtimalı çərçivəsindən yanaşsaq, bu ABŞ-ın bölgədəki hegemon roluna necə təsir edə bilər? Bu ABŞ-ın Suriyada və Yaxın və Orta Şərqdəki rolunun məhdudlaşmasına yol aça bilərmi? 

-Suriyada strateji məslələrdə Rusiya ilə Türkiyə arasında razılaşma əldə olunsa, bu Yaxın və Orta Şərqdə ABŞ-ın maraqlarına böyük zərbə ola bilər. Amma, mən Türkiyənin Suriyada ABŞ maraqlarına zidd hərəkət edəcəyinə inanmıram. Ərdoğan çox hiyləgər siyasətçilərdəndir. O, yaxşı başa düşür ki, Rusiya ilə strateji ittifaq yaratmaq və ABŞ-a qarşı çıxmaq onun hakimiyyətinə baha başa gələ bilər. Baxmayaq ki, indiki şəraitdə  həm Rusiya, həm də Türkiyə bir-birilərinə çox lazımdırlar. Tərəflər başa düşməlidirlər ki, indi nə Osmanlı imperiyası vardır, nə də Rusiya imperiyası.  İndiki şəraitdə hər iki ölkə arasında siyasi və iqtisadi strateji müttəfiqlik onların bəlkə də əsas xilas roludur. İki güclü ölkənin dostlaşması  hər iki ölkəyə Qərb ilə əməkdaşlıq üçün yeni müstəvi aça bilər. Lakin beynəlxalq məsələlərdə Rusiya və Türkiyənin geosiyasi ittifaqı beynəlxalq miqyasda geosiyasi fəlakətlərə yol aça bilər. Mənə elə gəlir ki, bundan qaçmaq gərəkdiyini hər kəsdən yaxşı Ərdoğan bilir.

- Rusiya ilə ittifaq Türkiyənin Yaxın Şərqdəki roluna necə təsir edə bilər? Xüsusilə Səudiyyə Ərəbistanı başda olmaqla, sünni ərəblərlə münasibətlər necə dəyişə bilər? 

-Bu Ərdoğanın xarici siyasətindən asılıdır. Ərdoğan başa düşməlidir ki, onun ərəb siyasəti başdan iflasa uğrayacaq. Çünki ərəblər, farslar və türklər arasında daima islam dünyasında, regionda hegemonluq uğrunda mübarizə olub. Səudiyyə Ərəbistanı ABŞ – ın oradakı forpostudur. Mən hesab edirəm ki, Səudiyyə Ərəbistanı heç bir zaman Türkiyənin əli ilə Rusiyanın regionda geostrateji güc sahibinə çevrilməsinə imkan verə bilməz. Suriyada gedən qırğının əsas səbəblərindən biri də məhz Rusiyanı Yaxın Şərqdən, həmçinin Aralıq dənizindən çıxarmaqdır. Bu siyasəti bu günə qədər Ərdoman höküməti də dəstəkləyib. Ona görə də yuxarıda da qeyd elədiyim kimi, Ərdoğan belə bir ittifaqa qol qoymaz.

- SU-24 təyyarəsi vurulduqdan sonra Rusiya Suriyadakı kürdlərə açıq dəstək nümayiş etdirdi. Terrorçu PKK-nın Suriya qolu "PYD"-yə Rusiya tərəfindən dəstək verilməsi dayandırılacağının zənn edirsiniz?

- Rusiya tarixdə həmişə kürd və ermənilərdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edib. Münasibətlərin düzəlməsi Rusiyanın bu istiqamətdə təzyiqini minimuma endirəcək. Lakin Rusiya bu kartı həmişə əlində saxlayacaq. Türkiyə elə bir yerdə yerləşir ki,PYD və PKK kimi terror qrupları onlara dəstək verən ölkələri tapacaqdır. ABŞ, Qərbi Avropa dövlətləri, İsrail, Səudiyyə Ərəbistanı, İran və s. Gördüyünüz kimi, Türkiyəni qarışdırmaq istəyən, və ona təzyiq edən beynəlxalq aktorlar çoxdur.

Zaur Məmmədov: “İki qonşu ölkə arasında münasibətlərin nizama salınması Azərbaycan üçün çox vacibdir”.



 - Putin və Ərdoğanın görüşünün Azərbaycana təsirləri ilə bağlı nə deyə bilərsiz? Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyi dəyişə bilərmi?

- Bu görüşün baş tutması və iki qonşu ölkə arasında münasibətlərin nizama salınması hər iki ölkədən başqa Azərbaycan üçün çox vacibdir. Türkiyə və Rusiya arasında müttəfiqlik rəsmi Bakıya siyasi və iqtisadi dividentlər gətirir, eyni zamanda müxtəlif məsələlər ətrafında Ankaranın və ya Moskvanın Bakıya təzyiqlərini azaltmış olur. Cənab Prezident İlham Əliyevin Türkiyə və Rusiya arasında münasibətlərin nizama salinmasındakı rolunu da xüsusi qiymətləndirmək lazımdır. Bu görüşün və barışın baş tutmasında Azərbaycan prezidentinin ortaya qoyduğu səylər hər iki tərəfdən yüksək qiymətləndirilir. 

- Putin və Ərdoğanın görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyində dəyişikliyə yol aça bilərmi?

- Mən hələlik buna inanmıram. Hesab edirəm ki, görüşdə SuriyaDağlıq Qarabağ məsələlərinə toxunulsa da, bu məsələrdə hər iki tərəf əvvəlki mövqelərini qoruyub saxlayacaqlar.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar