Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin Afrinə hücumu doğru addımdır”


Politoloq Nəzakət Məmmədova yazır


Suriya ordusu İdlibdə əməliyyatlara başlayır, Türkiyə isə bu gün Afrinə hücum edib. 

Baxmayaraq ki, Rusiya ilə Türkiyə Astana və Soçi danışıqlarında Suriyada 4 deeskalasiya zonası yaratmaq barədə razılıq əldə etdilər, hətta 5-cinin yaradılması qərara alındı. Amma Rusiyanın Türkiyəyə qarşı tutduğu mövqe ucbatından təyyarə böhranından sonra yenidən iki ölkə arasında münasibətləri pisləşə bilər. Dekabrın 11-də Putin Suriyada olarkən Əsədi müşayiət edən generalları arasında "Pələng qüvvələri" komandanı general Suheyl Aslanın da olması diqqət cəkdi. İŞİD-i Fəratın şərqindən təmizləyən Əsəd ordusunun "Pələng güclərinin" komandanının Putinlə görüşdə iştirakı yaxın vaxtlarda əməliyyatların davam edərək İdlibə qədər uzanmasına və Rusiyanın razılığına işarə idi. 

Türkiyəyə yaxın bəzi müxalif qüvvələrin İdlibdə olması, Afrində isə PYD/YPG-nin silahlılarının RusiyaABŞ himayəsində olması Türkiyəni çətin duruma salır. Gerasimovun dekabrın sonunda İŞİD-dən sonra Təhrir üş-Şam qruplaşmasını məhv edəcəklərini deməsi əməliyyatların Türkiyə sərhədinədək uzanacağından xəbər verir. Türkiyə İdlibə hücumla bağlı Suriya-Rusiya-İran razılaşmasından narahatlığını bildirib. İdlib Dəməşq və Hələbi birləşdirən magistral yolun üzərində olan strateji şəhər kimi əhəmiyyətlidir. Lakin burada Türkiyəyə sadiq 25 min müxalif silahlı var. Görünən odur ki, artıq Cenevrə danışıqlarına Soçi formatı ilə qarşı duran Rusiyaİran Türkiyəyə ehtiyacı olan zaman yaxınlığa məcbur olsalar da, öz məqsədləri üçün müttəfiqlik öhdəliklərinə uyğun olmayan işlər çevirməyə başlayıblar. Türkiyənin Afrinə hücumu bu baxımdan doğru addımdır.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar