Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin Qarabağla bağlı elə bir şansı var ki...”


"Ankara və Moskva arasındakı gərginlik Türkiyənin regiona təsirlərini azaldırdı"


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. 

Politoloq Ankara-Moskva barışmasının regiondakı proseslərə, xüsusilə Qarabağ məsələsinə müsbət təsir edəcəyini deyib:
 
“İki ölkə arasında münasibətlər yaxşı olduğu halda Rusiya, o cümlədən Türkiyə ilə danışıqlar aparılaraq Qarabağ prosesinə təsir imkanları genişləndirilir. Ona görə də Ankara-Moskva münasibətlərinin yaxşılaşmasını alqışlamaq lazımdır. Ancaq bu, bilavasitə Türkiyənin Qarabağ probleminin həllində vasitəçilik etməsinə gətirib çıxarmayacaq. Azı ona görə ki, Türkiyənin Ermənistanla öz problemləri var, üstəlik, heç diplomatik əlaqələri də yoxdur. Ancaq burada daha vacib və çox önəmli bir məqam - Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsi ilə əlaqədar çox ciddi danışıqlar aparmaq imkanı əldə etməsidir”.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bundan sonra iki ölkə arasında münasibətlər qaydaya düşməyə başlayıb.
 
Liderlər arasında görüş avqustun ilk on günlüyündə, Rusiyada baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar