Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin mövqeyi Azərbaycanı narahat edir“


Rafael Qasımov: "Türkiyə başa düşməlidir ki..."


Türkiyə Prezidentinin andiçmə mərasiminə Ermənistan liderinin dəvət olunması Azərbaycan ictimaiyyəti arasında birmənalı qarşılanmadı. Hakimiyyət nümayəndələri belə hadisəyə kəskin münasibət bildirdilər. Görəsən, bu dəvətin səbəbi nədir və məsələ həqiqətən də narahatlıq doğuracaq səviyədədirmi?

Moderator.az-ın suallarını cavablandıran hüquqşunas alim Rafael Qasımov Ermənistan siyasi liderinin Türkiyə prezidentinin andiçmə mərasiminə dəvət edilməsini hardasa başa düşdüyünü bildirir:

 “Türkiyə Cənubi Qafqaz regionunda söz sahibi olan bir dövlətə çevrilmək istəyir. Belə bir missiyayla ortaya çıxan dövlət, təbii ki, bölgənin digər ölkələriylə münasibətdə tərəfsiz olmağa çalışmalı, hər tərəfə eyni gözlə baxdığını nümayiş etdirməlidir. Xüsusilə, Dağlıq Qarabağ probleminin həllində önəmli yer almaq istəyən Türkiyənin belə bir addım atmağa çalışması, hardasa, başa düşüləndir”.

Bununla belə Ermənistanın dəfələrlə bu xoşməramlı niyyətə biganə yanaşmasına, bəzən hətta əks- reaksiya verməsinə diqqət çəkən Rafael Qasımov qardaş ölkənin öz fikrində yenə yanıldığına inanır: “Ermənistan dövlətinin türk düşmənliyi çox dərindir. Bu cür təktərəfli güzəştlərlə aradakı buzu sındırmaq, münasibətləri yumşaltmaq qətiyyən mümkün deyil. Əksinə, Ermənistana göstərilən hər güzəşt onların öz iddialarına daha sıx sarılmasına zəmin yaradır. Məncə, Türkiyə bu məsələdə realist olmalıdır”.

Hüquqşunas həmçinin bu qənaətdədir ki, erməni nankorluğunun bir başqa səbəbi onun iradəsinin öz əlində olmamasından irəli gəlir:

 “Məlumdur ki, Ermənistan bir dövlət olaraq Rusiyanın və dünyada fəaliyyət göstərən erməni lobbilərinin kuklasıdır. Rəsmi İrəvan onların iradəsinin ziddinə addım ata bilməz. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi isə ilk növbədə Rusiyanın geopolitik maraqlarına uyğun deyil. Əks halda Rusiya özü bu bölgədən çıxmalıdır. Erməni lobbisi də öz mövcudluğunu türk düşmənçiliyinə borcludur. Bu ziddiyyətlər ortadan qalxsa millətçilik hissiylə varlığını qoruyan erməni diasporu böyük dövlətlərin əhalisi arasında əriyib yox olarlar. Bu səbəbdən də onlar nəyin bahasına olursa olsun, türk düşmənçiliyini diri tutmağa çalışırlar və buna həyati əhəmiyyətli məsələ kimi baxırlar. Bu gün ermənilər öz istədiklərini 100% alsalar belə bu axmaq təfəkkürdən ayrıla bilməzlər”.

Hüquqşunasın fikrincə, Türkiyənin Ermənistana qarşı bu cür yumşalma siyasəti yürütməsi heç bir fayda verməyəcəyi kimi onun Azərbaycanla münasibətlərinə də mənfi təsir göstərir: “Azərbaycan hakimiyyəti bütün xarici və daxili siyasətlərində həmişə Türkiyənin həssasiyyətini düşünüb. Yadınızdadırsa, cənab Prezidentimiz iştirak etdiyi beynəlxalq toplantıların birində Türkiyəyə qarşı fikir yürüdən Avropalı diplomatları yerində oturtmuş, “Türkiyə burda təmsil olunmasa da biz varıq və onun üzərinə edilən hücumlara ləyaqətlə sinə gərə bilərik”-demişdi. Bu həssasiyyət qarşısında, təbii ki, Türkiyənin fərqli mövqeyiylə üzləşmək Azərbaycan hakimiyyətini üzür. Qardaşdan gözləntilərini ala bilməyən ölkə siyasiləri öz narazılıqlarını ifadə etməsələr belə qəlbən yaralanırlar”.

Üstəlik, ermənilərin əsas iddiasının Azərbaycandan çox, Türkiyəylə bağlı olduğunu xatırladan həmsöhbətimiz qardaş ölkənin bu həqiqəti unutmağa haqqının olmadığı qənaətindədir: “Ermənistan Türkiyənin ərazilərinə açıq şəkildə iddia edirlər. Bu isə düşmənçilik bəyanıdır. Belə bir vəziyyətdə Ermənistan rəhbərini Türkiyə prezidentinin andiçmə mərasiminə dəvət etmək haqlı olaraq mübahisə doğurur. Çünki  belə tədbirlərə adətən dost dövlətlər dəvət olunurlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar