Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türklərin uğurlarına sevinməmiz yerində olmazmı?”


Fazil Mustafa yazır...


“Kimdəsə Olimpiadada uğurla çıxış edən türklərin siyahısı varmı? Bu siyahını xüsusi olaraq paylaşmaq yaxşı olmazmı? Azərbaycandan olan idmançılarımızla yanaşı özbəklərin, qazaxların, Rusiyaİran adına çıxış edən türklərin, Anadolu türklərinin uğurlarına da birlikdə sevinməmiz yerində olmazmı? Şəxsən mən dünən özbək boksçunun amerikalıya qalib gəlməsini məmnuniyyətlə izlədim. İndi nə edək ki, təkcə ağır atletikaya 100 milyon manat xərclənib, bir nəfər də idmançımız olimpiadaya qatılmayıb. Elə bilək ki, o pulu qazağa, özbəyə, Qazaxıstan adına çıxış edən idmançımıza xərcləmişik”.

Bunu millət vəkili Fazil Mustafa öz “Facebook” statusunda qeyd edib. Onun qeyd etdiyinə görə, həm  də mediamızın informasiya yaymaq tərzi idmançılaımızın qızıl medal uğrunda mübarizəsinə əməlli–başlı mane olur:

“Yarımfinala yüksələn kimi dərhal yazırlar ki, Kamran Şahsuvarov ən azı bürünc medalı özünə təmin etdi. Yaxud da finala yüksələn kimi dərhal yazılır ki, gümüşü özünə təmin etdi. Bu informasıyanı oxuyan idmançı dərhal rahatlaşır ki, bürüncün, gümüşün nəyi pisdir ki? Bu bizə bilirsiniz nəyi xatırladır? “Neftçi” komandasının 1966-cı ildə SSRİ çempionatında qazandığı bürünc mükafatı.

Heç Braziliya öz beşqat dünya çempionluğundan bu qədər bəhs etmir ki, biz həmin bürüncdən hələ də bəhs edirik. Halbuki regional rəqabətdə həm “Dinamo” Tiflisin, həm də “Ararat”ın SSRİ çempionluğu bizim bürüncü çoxdan sıfırlamışdı. Üstəlik də ermənilər və gürcülər sırf milli heyətlə bu çempionluğu qazanmışlar, bizimsə bürüncümüzdə əməyi olan azərbaycanlı sayı bir-ikini keçmir”.

Millət vəkili yazıb ki, o bürünclə müqayisədə bu Olimpiadada xeyli irəliləyişimiz də gözdən qaçmamalıdır.

“Artıq yarışlara qatılan 48 idmançımızdan şükürlər olsun ki, 21-i özümüzdəndir. Hər olimpiadada bu sayı bir-iki nəfər də artırsaq 50 il sonra tam milli komanda ilə çıxış etmənin mutluluğunu da yaşaya bilərik.
Sonda: İdmançılarımızı, yəni bütün Türk dövlətlərini, başqa ölkələri təmsil edən digər türkləri birlikdə dəstəkləyək, uğurlarına birlikdə sevinək”-deyə, F.Mustafa sonda qeyd edib.(gununsəsi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar