Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukraynada etirazlar belə sərt yatırılmamalı idi”


Leyla Əliyeva: “Ukrayna hadisələri digər ölkələrə təsir edəcək”


Bu fikri Hafta.az-a açıqlamasında politoloq Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, Yanukoviç hökumətinin bu hərəkəti Avropanı hərəkətə gətirə bilər: “Ukraynada vəziyyət göründüyü kimi çox gərginləşib. Təbii ki, Avropaya inteqrasiya prosesi asan başa gəlmir. Bu mərhələni Ukrayna daha sərt formada yaşayır. Xüsusi mühafizə dəstələrinin xalqı döyməsini bütün dünya gördü. Bu da təbii ki, Avropanın Ukraynaya sanksiyası ilə nəticələnə bilər”.

Politoloqun sözlərinə görə, Ukrayna demokratik ölkə deyil: “Eyni zamanda qeyd etmək lazımdır ki, Yanukoviç hal-hazırda çox çətin vəziyyətdədir. Rusiyanın təzyiqi qarşısında bu aksiyaları yatırmanın bir yolunu tapmalıdır. Bununla yanaşı, Qərb də onun addımlarını çox diqqətlə izləyir. Bu Yanukoviç üçün çətin bir testdir. Lakin bu cür hətta “Milyonların aksiyası” adlanan dinc etirazlara belə sərt müdaxilə də düzgün addım deyil. Normal demokratik ölkədə bu cür hal baş verərdisə, hakimiyyət istefaya gedərdi”.

Leyla Əliyeva bu hadisələrin digər ölkələrə də təsirsiz qalmayacağını bildirdi: “Ukraynada baş verən hadisələri digər ölkələrə də təsiri gözlənilir. Deyərdim ki, bu təsir artıq bəzi ölkələrdə özünü açıq şəkildə göstərir. Məsələn, Ermənistanda artıq aksiyalar baş qaldırmaqdadır. Lakin Ermənistan azad ölkə olmadığı üçün düşünürəm ki, oradakı aksiyaların miqyası Ukraynadakı kimi olmayacaq”.

Politoloq bu məsələlərin Azərbaycana təsiri barəsində danışıb: “Azərbaycanda məhz Avropa Birliyi ilə bağlı inanmıram ki, bu səviyyədə aksiyalar olsun. Ancaq benzinin qiymətinin artması digər sektorlarla da əlaqəli olduğu üçün sosial yaşama təsir edəcək qiymət artımları olacağını hesab edirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar