Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukraynadan sonra növbə Azərbaycana çatacaq”


Politoloq hakimiyyət və müxalifəti yaxınlaşan yeni situasiyaya indidən hazırlaşmağa çağırır


Ukrayna cəmiyyətinin Yanukoviç hakimiyyətinə öz iradəsini qəbul etdirə bilməsi artıq inkaredilməz bir reallıqdır. Hər halda, rəsmi Kiyev avrointeqrasiya tərəfdarları ilə hesablaşmaq məcburiyyətində qalıb.

Ancaq Ukraynadakı xalq hərəkatının hərəkətverici qüvvəsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əksəriyyət bu kütləvi etiraz dalğasının Yanukoviç hakimiyyətinin xarici siyasətindən olan narazılıq ucbatından ortaya çıxdığını düşünür. Ancaq fərqli mövqedən çıxış edənlər Ukraynada cərəyan edən ölkədaxili proseslərin kənardan, Qərbdən idarə olunduğunu iddia edirlər. Onların fikrincə, əgər Qərb qərar verərsə, bu proses Azərbaycanda belə, eyni keyfiyyətdə təkrarlana bilər. Bu fikrin əleyhdarları isə Azərbaycanda hakimiyyətin hələlik belə prosesləri zərərsizləşdirmək imkanında olduğunu və bizim xalqın mübarizlik baxımından Ukrayna xalqı ilə eyni göstəriciləri daşımadığını qabartmağa çalışırlar.

Politoloq Natiq Miri hesab edir ki, Azərbaycan və Ukrayna xalqlarının müqayisə edilməsi tamamilə yersizdir: “Çünki bizim xalqımız mübarizlikdə Ukrayna xalqından nəinki geri qalmır, hətta ondan xeyli üstündür. 1988-ci ildə bu xalq cəmisi bir neçə ağacın kəsilməsindən sonra qəzəblənərək öz mübarizliyini bütün dünyaya göstərdi. Azərbaycan xaqlında bu mübarizlik ruhu itməyib”.

Politoloq xalqın mübarizlik ruhunun hazırda ortaya çıxmamasının səbəbini hərəkətverici qüvvənin olmaması ilə əlaqələndirir: “Müxalifət illərlə iddia edib ki, ölkədə haqsız, ədalətsiz bir rejim hökm sürür. Əgər bu haqsız və ədalətsiz rejim getmirsə, demək, bu məntiqlə haqqı, ədaləti hakimiyyətə gətirmək istəyən siyasi qüvvə hələlik siyasi səhnədə yoxdur. Ona görə də müxalifət xalqa irad tutmaqdan əvvəl öz fəaliyyətinə də diqqət yetirməlidir. Müxalifət olmaq üçün yalnız hakimiyyətin haqsız, ədalətsiz bir rejim olduğunu bəyanlamaq çox azdır. Müxalifət həm də bu haqsız, ədalətsiz rejimə alternativ olduğunu, özünün haqqı və ədaləti hakimiyyətə daşımağa hazır olduğunu da sübut etməlidir. Əks halda, xalq müxalifətə inanıb, etibar edib ayağa qalxmaz. 1988-ci ildə milyonlarla insan ona görə ayağa qalxmışdı ki, xalq o vaxt meydanda deyilənlərin doğruluğuna inanırdı”.

Natiq Mirinin fikrincə, xalq ayağa qalxdığı andan etibarən hakimiyyət də geri çəkilmək, güzəştlərə getmək məcburiyyətində qalacaq: “Vaxt gələcək Ukraynada müşahidə etdiyimiz proses Azərbaycanda da yaşanacaq. Onda hakimiyyət də görəcək ki, xalq artıq yerindən tərpənib və geri çəkiləcək. Milyonlarla insanın ayağa qalxmasından sonra elə Qərb də gəlib birbaşa Azərbaycanda oturmuş olacaq. Hələlik isə Qərbin başı tam ram edilməyən Ukraynaya qarışıb. Ukraynada məsələ həll olunduqdan sonra Cənubi Qafqaza, eləcə də bu regionun əsas dövləti olan Azərbaycana keçəcəklər. Qərb Gürcüstanda bu prosesi artıq yekunlaşdırıb. Hamı İvanişvilini Rusiyanın adamı hesab edirdi. Ancaq İvanişvili seçkilərdən sonra istefa verməklə hamını çıxılmaz vəziyyətə saldı və Rusiyanın adamı olmadığını sübuta yetirdi. Bu prosesin Azərbaycana da keçəcəyi günə o qədər də çox qalmayıb. Ukrayna məsələsi sona çatdıqdan sonra Qərbin Azərbaycan hakimiyyətindən tələbləri sırasında insan haqları və demokratiya ön plana çıxacaq. Hakimiyyət də bu tələblərlə barışmaq məcburiyyətində qalacaq”.

Politoloq onu da vurğuladı ki, həm hakimiyyət, həm də müxalifət Azərbaycanı gözləyən yeni situasiyaya indidən hazırlaşmalıdır: “Müxalifət hakimiyyətə real alternativ qüvvə olduğunu sübuta yetirməlidir. Çünki yalnız bu halda Qərbin dəstəyini qazana bilər.

Əks halda, Azərbaycan cəmiyyətində yeni siyasi qüvvələrin ortaya çıxma ehtimalı qətiyyən istisna deyil. Eyni zamanda hakimiyyətdə bu proseslərə qədər siyasi islahatlar aparması lazımdır. Bu, xalqın narazılığını nisbətən azalda bilər. İndiki vəziyyətin eyni saxlanması yaxın gələcəkdə ölkədə inqilabi proseslərə rəvac verə bilər”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar