Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ultel” şirkətinin rəhbərliyi ölümlə hədələmədə ittiham olundu - Reaksiya


Şirkətin hüquqşünası: “Onun məcburi qaydada polisə gətirilməsi haqda qərar var”


Aprel döyüşlərində yaralanan hərbiçi əlil Xəyal Əzimovun atası Elşad Əzimov hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib. 

Surəti redaksiyamıza göndərilən məktubda deyilir: ““Ultel” şirkətinin rəhbərliyi Əsgərov Əliqiyam Əlisafa oğlu məni öldürməklə hədələyir...

Əvvəl məni polislə zəng vurdurub hədə-qorxu gəldi, indi də məni öldürməklə hədələtdirir. Mənə bir nəfər zəng vurub deyir ki, “Ultel”dən və Əliqiyam müəllimdən əl çək, yoxsa sonun yaxşı olmayacaq. Mənim mətbuat vasitəsilə prezidentə müraciətim bunları qıcıqlandırıb. Əliqiyam müəllimin hüquqşunası kimi özünü təqdim edən Nazim və ya Nizami adlı şəxs mənə deyir ki, sən hələ bilmirsən kimə ilişibsən. Səni gecə ilə yoxa çıxarararıq, heç meyitini də tapan olmaz. Xahiş edirəm, mənim həyatımın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbir görəsiniz. Biz hansı dövrdə yaşayırıq ki, hüquqi dövlətdə kimsə vətəndaşı öldürməklə hədələyir. “Ultel”in, Əliqiyam müəllimin arxasında kim durur ki, onlar reketlik etməkdən çəkinmirlər?"

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı “Ultel” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin hüquqşünası Nazim Rəsulov bildirib ki, Elşad Əzimovun şikayətlərindən xəbərdardırlar və şər-böhtana görə məhkəməyə müraciət ediblər: “Bir müddət əvvəl ƏMDK-dan hərrac yolu ilə qeyri-yaşayış sahəsini satın almışıq. Bundan sonra Elşad Əzimov məktub yazıb ki, həmin qeyri-yaşayış sahəsi onun istifadəsində olub. Şirkətdən halallıq istəyib. Rəsmi cavab yazdıq ki, şirkətimizdə qeyri-rəsmi ödəniş yoxdur. Sonradan özü də şirkətə gəldi. Ona dedik ki, buyurun, ödədiyimiz pulu verin, əmlakı sizə qaytaraq. Dedi, gedim fikirləşim gələrəm. Getdi və az sonra başladı barəmizdə doğru olmayan məlumatlar yaymağa ki, guya onu hədələmişik. Mətbuatda da barəmizdə şər-böhtan dolu şikayətlər etdi. Barəsində Xətai Rayon Polis İdarəsinə şikayət etdik ki, bizə şər-böhtan atır, barəmizdə doğru olmayan şikayətlər yazır. Müəssisəmizin imicinə xələl gətirib. Elşad Əzimovun bizim guya onu hədələdiyimizi söylədiyi məsələ onun email ünvanına yazdığımız məktubdur. Həmin məktubda qeyd etmişik ki, barəmizdə KİV-də şər-böhtan fikirlər səsləndirsəniz, barənizdə hüquiq-mühafizə orqanlarına müraciət edəcəyik. O isə şər-böhtanı davam etdirdi, biz də şikayət etmək qərarını verdik.

Hazırda həmin şəxs polisin axtarışındadır. Onun məcburi qaydada polisə gətirilməsi haqda qərar var".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar