Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ümummilli lider Heydər Əliyev dünya səviyyəli siyasətçi idi”


“Ümummilli lider Heydər Əliyev dünya səviyyəli siyasətçi və dövlət rəhbəri idi”


Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, yeni Azərbaycanın yaradılmasında xidmətləri misilsiz olub: "Bu, danılmaz faktdır. Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən Azərbaycanın dirçəliş yolu başlanmışdı. Azərbaycan o dövrdə müttəfiq respublikalar arasında sonuncu yerlərdə duran bir respublika idi. Ancaq Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan 5 dəfə keçici "Qırmızı bayraq" aldı".

E.Məmmədov bildirib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycana hakimiyyətə gələndən sonra Azərbaycanı uçurumdan xilas etdi: "O vaxt Azərbaycan iqtisadiyyatı dağılmış vəziyyətdə, ölkənin büdcəsi, ordusu yox səviyyəsində idi. Ölkədə xaos, hərc-mərclik baş alıb gedirdi. Bu vəziyyətdə hakimiyyətə gələn Heydər Əliyev yeni bir dövlət yaratdı, ölkəyə yeni bir nəfəs gətirdi. Ölkədə əmin-amanlıq yaratdı, ordu quruculuğuna start verildi, iqtisadiyyat dirçəldi. Əsas göstəricilərdən biri isə Azərbaycanın tədricən dünya dövlətləri arasında tanınması oldu. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması prosesinə başlandı. Heydər Əliyevin Azərbaycan üçün etdiklərini, xidmətlərini saymaqla qurtarmaz. Heydər Əliyev Azərbaycana yeni milli ruh, azərbaycançılıq gətirdi. Mədəniyyətimizin, incəsənətimizin, dilimizin, dinimizin inkişafı Heydər Əliyev şəxsində özünü tapdı. Nə qədər ki, Azərbaycan dövləti var, o qədər də Heydər Əliyev var olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar