Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Universitetlər gəlirdən çox reytinqləri barədə düşünməlidir”


Etibar Əliyev: “Sovet dövründə ali təhsilin keyfiyyəti yüksək, qəbul qüsurlu idi, indi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağıdır”


Ali məktəblərə qəbul imtahanları başa çatdı. Abituriyentlər artıq sabahdan, yəni iyulun 29-dan  avqustun 10-dək ixtisas seçimini edəcəklər. Qəbul imtahanları yekunlaşsa da, göstəricilər ötən illə müqayisədə elə də ürəkaçan deyil. Məsələn, I və IV qrup üzrə 61 faiz abituriyent 0-200 bal toplaya bilməyib. Qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biabırçı nəticələrlə bağlı “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyevlə söhbət edik.

- I və IV ixtisas qrupu üzrə 22 min 508 abituriyent  0-200 bal toplaya bilməyib. Bu da imtahanda iştirak edənlərin 61 faizi deməkdir. Sizcə, bu rəqəm çox deyilmi?

- Bəli, nəticələr ürəkaçan deyil. Abituriyentlərin aşağı nəticə nümayiş etdirməsinin bir neçə səbəbini göstərmək olar - müəllimlərin öz peşələrinə məsuliyyətsiz yanaşmalarını, repetitor institutunun zəifləməsini, dərsliklərdə məzmun problemini, dərsdən yayınma hallarının çox olmasını və sair. Fənn proqramları uşaqlar tərəfindən normal mənimsənilsə, bu göstərici xeyli aşağı düşə bilər. Bizə elə gəlirdi ki, müəllimlərin əmək haqqı yüksəldikdən sonra orta təhsilin keyfiyyətində müsbətə doğru dəyişiklik yaranacaq. Bununla yanaşı, hər tədris ilində “ilin yaxşı müəllimləri” və “yaxşı məktəbləri” seçilib, pulla mükafatlandırılır. Lakin motivasiya aşağı düşür. Bizim orta təhsil sistemimizin belə xüsusiyyətləri var. Biz indi də müəllimləri qınamaqdan çəkinirik. Ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır. Fizikada “entropiya” anlayışı var.  Sistemin entropiyası sistemdə nizamsızlıq dərəcəsini xarakterizə edir. Bu anlayışı təhsilə də aid etmək olar. Biz nizamsızlıq dərəcəsini hələ də dəqiq müəyyənləşdirə bilmirik.

- Yəni 61 faiz abituriyentin müsabiqədə iştirak edə biləcək balı toplamamasını məktəblərdəki təlim-tədris işinin səviyyəsinin artmamasının nəticəsi adlandırmaq olar?

- Bizdə istər şəhər məktəblərində, istərsə də kənd məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün işlər görülür. Lakin keyfiyyətdə coğrafi faktor hələ də qabarıqlığı ilə özünü göstərir. Çox vaxt biz keyfiyyəti kurikulumlardakı qüsurlarla əlaqələndiririk. Yaxşı, biz yapon və yaxud alman orta məktəblərinin kurikulumlarını bizim məktəblərə gətirsək, müəllimlərimiz keyfiyyətdə dəyişiklik yarada biləcəklərmi? Yox. Məncə, müəllimin öz tədris metodikası tədrisdə mühüm rol oynamalıdır. Bu metodika uşaqlarda istedadın üzə çıxmasına səbəb olmalıdır. Bunun üçün onlar bəyənmədikləri dərsliklərdən əlavə dərsliklər axtarmalıdırlar. Bu istək isə onlarda yoxdur.

- Sovet dövrü ilə müqayisə aparırsınızmı? Məsələn, o dövrdə ali məktəbə imtahan verənlərin sayı əhalinin sayına görə nə qədər idi və nəticə necə olurdu? Bu göstəricilərə görə sovet dövrü ilə indiki dövr arasında bir uçurum varmı?

- Sovet dövründə belə statistikalar ictimailəşdirilmirdi. Sadəcə, savadlılığın göstəriciləri barədə rəqəmlər verilirdi. Məsələn, əgər indiki qəbul prosesi sovet vaxtı olsaydı, istedadlı uşaqlar kənarda qala bilməzdilər. Fikrimi daha aydın izah edim. Sovet dövrünün tələbə qəbulu prosesində qüsurlar, əyriliklər mövcud idi. Lakin ali təhsilin keyfiyyəti yüksək idi. İndi qəbul qüsursuz aparılır, lakin ali təhsilin keyfiyyəti aşağı səviyyədədir. Bunun özü də müəllim faktoru ilə bağlıdır. Müəllim faktoru həm də keyfiyyətli təhsil mühitini formalaşdırırdı. Sovet vaxtı adamı olmayan illərlə tibb, hüquq və başqa fakültələrə daxil ola bilmirdi. İndi biliyin yüksəkdirsə, orta məktəbi qurtaran ili də ali məktəbə daxil ola bilərsən. 

- Ali məktəbi bitirənlərin heç də hamısı işlə təmin edilə bilmir. Sizcə, abituriyentlərin texniki peşə məktəbləri oxuması ölkəmizə daha çox fayda verməzmi, nəinki ali təhsil alıb diplomlu işsizlər cərgəsinə qoşulması?

“Müəllimləri qınamaqdan çəkinirik, ancaq keyfiyyətin əsas göstəriciləri onlardan asılıdır”


- Peşə təhsilinin vəziyyəti acınacaqlıdır. Yaxşı xatırlayıram, biz qəbula gələn ili metroların qarşısında və başqa ictimai yerlərdə peşə təhsilinin təbliğatı aparılırdı. Bu, istər-istəməz diqqəti cəlb edirdi. İndi televiziyalarda, yaxud ictimai yerlərdə hansısa peşə məktəbinin təbliğ olunmasına rast gəlmisinizmi? Ancaq hər gün təhsil haqqı yüksək olan orta məktəblərin və bağçaların təbliğatı aparılır. İndi 20-30 bal toplayan abituriyentlər də peşə təhsilinə meyl etmirlər. Ukraynada, Türkiyədə, Gürcüstanda ali məktəblər axtarırlar. Yaxşı sənətkar savadsız ali təhsillidən qat-qat çox pul qazanır və hörməti də ondan çoxdur. Peşə Təhsili Agentliyinin yaradılması, məncə, yaxın vaxtlarda bu istiqamətdə müəyyən dönüş yaradacaq. Bunun üçün peşə liseylərinin modernləşməsi işi sürətlənməlidir. Təhsilin bu pilləsi inkişaf etdirilsə, artıq cəmiyyətdə aşağı nəticələr göstərənlərin statistikası çox hallandırılmayacaq. 

- Ali təhsilli, savadlı gənclərin işsiz qalması, sizcə, planlaşmanın düzgün aparılmaması ilə əlaqəli bilərmi?

- Bizim ali məktəblər dəyişən dünyanın tələbatına uyğun mütəxəssislər hazırlamaq üçün islahatlar aparmalıdır. Elmi tədqiqatların spektri genişləndirilməlidir. Mühüm bir məsələyə toxunmaq istəyirəm. Məsələn, sovet vaxtı fizika fakültəsini bitirənlərə fizik, müəllim, biologiya fakültəsini bitirənlərə bioloq, müəllim ixtisasları verilirdi. Yəni proqramlar elə formalaşdırılırdı ki, elmi və pedaqoji istiqamətlər bir-birini tamamlayırdı. Elmi işlə məşğul olmaq istəməyənlər pedaqoji fəaliyyətlə məşğul olurdular, yaxud əksinə. İndi “Təhsil ixtisas qrupu” üzrə fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat, biologiya, kimya müəllimliyi və s. ixtisaslar,  “Təbiət ixtisasları qrupu”nda riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya və s. ixtisaslar yer alıb. 

“Təhsil haqqında” Qanuna görə, “Təbiət ixtisasları qrupu”na daxil olan ixtisaslar üzrə ali məktəbləri bitirənlər müəllim işləyə bilməzlər. Qanun həm də onların elmi tədqiqat müəssisələrində işləməsinə imkan vermir. Bunun üçün onlar magistratura pilləsini bitirməlidirlər. Bu barədə indiyə qədər kimsə düşünübmü? Dövlətin və vətəndaşın xərclədiyi külli miqdarda vəsait nədən işsizlik yaratmalıdır? Analoji yanlışlıqlara “Humanitar və sosial ixtisaslar qrupu”nda da yol verilib. Bu blokun ixtisaslarına diqqət edək: tarix, filologiya, fəlsəfə, psixologiya və s. Bu ixtisasları bakalavr pilləsi  üzrə bitirənlər də nə müəllim işləyə bilərlər, nə də ki, elmi işçi.  

- Azərbaycanda ödənişli əsaslarla təhsil azaldılmalıdırmı və ya pullu ixtisaslara qəbul olan, amma oxumaq imkanı olmayan abituriyentlərə hansı güzəştlər edilə bilər? Güzəşt zamanı əsas meyar nə götürülməlidir?

- Dünyanın inkişaf etmiş ölkələrində təhsil haqları təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. İmkansız, lakin istedadlı tələbələrə çox kiçik faizlərlə uzun müddətli kreditlər verilir. Bizdə istedadlı kasıb uşaqlar elitar deyilən orta məktəblərdə təhsil ala bilməzlər. Ali məktəblərin yüksək təhsil haqları da onların qarşısında maneədir. Keyfiyyəti qiymətləndirilməmiş ali məktəblərdə təhsil haqları yüksək ola bilməz. Massaçuset Texnologiya İnstitutunun məzunları 40 mindən çox şirkət yaradıblar ki, onların gəlirləri 230 milyard dollardır. Bu cür universitetlər tələbə gəlirlərindən varlanmırlar. Əsas gəlirlər tədqiqatlardandır. Bizim universitetlər isə məzunlarının hökumətdə tutduqları vəzifələrə görə öyünürlər. Universitetlər gəlirlərindən çox reytinqləri barədə düşünməlidirlər. Təəssüflər olsun ki, universitetlərimiz təhsil haqları hesabına “yaşamaq” missiyasından əl çəkə bilmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar