Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uzağı iki ilə Rusiyadakı böhran aradan qalxacaq”


Rusiya prezidenti mətbuat konfransı keçirib, ölkədə dövlət çevrilişi ehtimalından, ABŞ hərbi bazalarından və böhranın səbəbindən danışıb


Rusiya prezidenti əvvəlcə qeyd edib ki, ölkə getdikcə daha ciddi müdafiə olunur. “”Soyuq müharibə" vaxtında olduğu kimi indi də Qərb ölkələrinın səmasında Rusiya hərbi təyyarələri peyda olub. İndi də iqtisadi böhranla üzləşirsiz. Qərbə deyə bilərsinizmi ki, Ukraynaya iddianız yoxdur?",- sualına prezident V.Putinin maraqlı cavabı olub: “Suala görə təşəkkür edirəm. 

Rusiya getdikcə daha ciddi müdafiə olunur. Bizim Qərb tərəfdaşlarımız bundan qıcıqlanır. Bax, siz strateji aviasiyanın uçuşlarından danışırsız. 90-cı illərdə biz belə uçuşlara tamamilə son qoyduq. Amma Amerika aviasiyası əvvəllər necə uçurdusa, elə indi də o cür uçur. Niyə? Biz də bir neçə ildir ki, belə uçuşları bərpa etdik. Bizim cəmi 2 xarici hərbi bazamız var, Tacikistanda və Qırğızıstanda... Onların hər ikisi terror mərkəzlərinin yaxınlığındadır. ABŞ-ın isə Avropadakılar da daxil olmaqla, çoxlu hərbi bazaları var. Belə olan halda kimdir özünü aqressiv aparan, biz, yoxsa ABŞ..? Raketdən Müdafiə Sistemləri haqda razılaşmanı kim pozub? ABŞ... Biz onlara bu sistemlərin genişlənməsini irad tutanda, deyirlər ki, öz işinizlə məşğul olun. Amma biz milli maraqlarımızın təmin olunması şərtilə hamı ilə əməkdaşlığa hazırıq”.

Putin həmçinin deyib ki, Kremldə siyasi intriqalar yoxdur və Rusiyada dövlət çevrilişi ola bilməz: “Hakimiyyəti xalqın əsas hissəsi dəstəkləyir”. O, Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsində Qərbin birbaşa iştirakı olduğunu vurğulayıb: “Maydanda ”peraşki" paylamaqdan sonra Avropa perspektivi haqda boş vədlərə keçdilər". Onun fikrincə, Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyirsə, oradakı adamlara hörmət etməlidir.
Rusiya prezidenti həmçinin vurğulayıb ki, xarici qüvvələrlə əlaqəsi olan şəxsləri müxalifət adlandırmaq olmaz: “Hakimiyyətə münasibətindən asılı olmayaraq, bütün siyasi qüvvələr vətənpərvər olmalıdır”.

Suallara cavabında o, “Yukos” neft şirkətinin keçmiş sahibi Mixail Xodorovski barədə də danışıb: “Xodorkovski mənə yazdığı əfv ərizəsində ”Anam xəstədir",- yazdı. Mən də azad etdim. Vətəndaş kimi siyasətlə məşğul olmaq onun öz işidir".

Putin Minsk sülh danışıqları haqda isə belə deyib: “Atəşkəs xətti protokolunu MoskvaKiyev imzaladı. Donetsk isə imzalamadı. Yeni ilə qədər bütün əsirlər azad olunmalıdır”. O, həmçinin deyib ki, Kiyevin ehtiyacı olsa da, Donetskdən kömür almır. Çünki bank sistemi işləmir. Poroşenko isə sülh istəyir, amma ətrafı ona mane olur.

Rusiyadakı böhrandan danışan V.Putin deyib ki, böhranın səbəbinin yalnız 30 faizi Qərbin sanksiyalarıdır: “Biz ya müstəqil iqtisadiyyat yaratmalıyıq, ya da məhv olmalıyıq”. O, həmçinin bildirib ki, Rusiyadakı böhran Krıma görə intiqamın nəticəsi deyil: “Bu, Berlin divarından sonra Rusiyaya qarşı  davam edən məkrli planlardır... Berlin divarı söküləndən sonra Qərb dayanmadı, divarı Rusiyaya tərəf gətirməyə başladı. PRO sistemləri belə divardır”. 

Putinin sözlərinə görə, Ukraynada Kiyev cəza əməliyyatları aparır: “Orada döyüşən ruslar könüllülərdi, pul almırlar. Biz vasitəçiliyə hazırıq”. Ukraynalı jurnalistin kəskin suallarına və Ukrayna təyyarəçisi Savchenkonun azad olunması ehtimalına cavab olaraq isə dövlət başçısı bildirib ki, o, jurnalistlərin qətlində ittiham olunur. 

Rusiya prezidenti həmçinin vurğulayıb ki, Brüsseldə, Avropa Birliyindəki bürokratiya Rusiyadan da pisdir. O, Rusiyanın tezliklə böhrandan çıxacağını da vurğulayıb: “Uzağı 2 ilə Rusiyadakı böhran aradan qalxacaq. Amma bundan əvvəl də baş verə bilər. Mərkəzi Bankın və dövlətin ehtiyatları var”.

Putinin fikrincə, biznes də daxil olmaqla, fəaliyyətindən asılı olmayaraq, vətəndaşların əsas təminatçısı yalnız güclü Rusiya dövləti ola bilər: “Pulların xaricdən gətirilməsi qərarının həyata keçirilməsinə şəxsən özüm nəzarət edəcəyəm. Bu addım sərvətin leqallaşdırılmasıdır... Valyuta alverçiləri Rusiya bazarının leqal iştirakçılarıdır. Öz xeyirlərini güdürlər. Mən onlarla telefonla da danışıram”.

O, Türkiyəyə qaz verilməsinə də münasibətini açıqlayıb: “Türkiyə sürətlə inkişaf edir. Bizdən qaz istədi, niyə imtina etməliyik. Oradan Avropaya qazın nəqli Qərbdən asılıdır. Bu, ən ucuz yoldur... Rusiyanın Çin və Türkiyəyə qaz satışı qlobal proseslərlə bağlıdır. Asiyada inkişafın sürəti Avropada böyükdür. ABŞ da ora üz tutur”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar