Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“VII Qlobal Forum Azərbaycanı dünyaya bir daha sülh dövləti kimi təqdim etdi”

Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işini başa vurdu


 Ayın 27-də başa çatan foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılmışdılar.

Forumun ölkəmizin dünyadakı imicinə müsbət təsir edəcəyini deyən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov saytımıza açıqlamasında Azərbacanın Forum vasitəsi ilə dünyaya növbəti dəfə sülh mesajı verdiyini dedi: “Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının növbəti Forumu beynəlxalq aləmə güclü müsbət mesaj verməsi baxımından əhəmiyyətlidir. Azərbaycan müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə ev sahibliyi edib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da bu səpkidən olan tədbirlərdəndir. Mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərlə bağlı məsələləri müzakirə etmək baxımından Forumun əhəmiyyətli rolu var. Forumun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət edir. ”

Bu tədbir beynəlxalq əməkdaşlıq işinə də öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Cənab Prezident də Forumdakı çıxışında bunu xüsusi vurğuladı. Dövlətimizin başçısı həmçinin bu tədbir vasitəsilə bir daha dünya ölkələrinə  öz mesajlarını çatdırdı. Dünya birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasına bir daha şahid oldular. VII Qlobal Forum Azərbaycanı dünyaya bir daha sülh dövləti kimi təqdim etdi”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar