Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəhabi məzhəbi bəşəriyyəti qorxu içərisində saxlayır”


Tahir Abbaslı: “Onlar bununla müsəlman ölkələrini dünya güc mərkəzlərinin basqısı altında saxlamağa xidmət edir”


Azərbaycanda radikal dini cərəyanların mövcudluğu və onların öz sıralarını durmadan genişləndirməsi ölkə gündəmini ən çox məşğul edən və ciddi ictimai narahatlıq doğuran başlıca məsələlərdən biri hesab olunur. Azərbaycanda radikal dini cərəyanların dövlətçilik üçün təhdid mənbəyinə çevrildiyi ilə bağlı səslənən fikirlər nə dərəcədə realdır? Radikal dini cərəyanlara qarşı güc, yoxsa maarifçilik müstəvisində mübarizə aparılmalıdır? Insanların bu cür cərəyanlara meyl etməsinin səbəbi nədən ibarətdir?

Bununla bağlı Moderator.az-a açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı maraqlı fikirlər səsləndirib:

“Bismilləhir rahmənir rahim.

İslam dini, real və demokratik dindir. Allah Quranda dəfələrlə buyurub: “Siz öz yolunuzla gedin, biz öz yolumuzla” Siz öz dininizdə qalın biz öz dinimizdə”. “Dində məcburiyyət yoxdur” və s. Dəvət etmək və düşündürməkdən başqa yol göstərmir. Zorakılıq, məcburiyyət, öldürmək, təhqir etmək, aşağılamaq, abır-həyanı aparmaq, təkəbbürlük kimi xüsusiyyətləri bəyənmir və onlarla mübarizə etməyin yolunu göstərir. Əgər belə hal olarsa, artıq yanlışlıqdır və dinimizdən uzaqdır. Beləki, sadaladığım naqis xüsusiyyətlər insanın fitrətinə, kamala çatmasına, yetişməsinə maneə olmaqla, sağlam düşüncələrdən də mərhum etməklə bərabər, ictimai həyatdan mərhum edir.

İnsanın fitrətində qorxu və ümid, kasıb yaşamağa nifrət və təmtaraqlı yaşamağı sevmək, həddən artıq mənfəətini güdmək və həddən artıq zərərdən qaçmaq var. Bu qütblər ayrı-ayrılıqda insan üçün təhlükəlidir və ictimai həyata faciələr gətirib və gətirəcəkdir. İslam dini bu qütblərin orta xəttini insanlara tanıtdırır və insanlara nümunələrini təqdim edir. Peyğəmbər (s) və onun Əhli beyti (ə) davamlı olaraq 300 ilə yaxın insanlar arasında yaşayıb və gözəl əxlaq, ədəb-mərifətlə nümunə olmaqla bərabər və Allahı tanıtmaq məktəbini də qoyub getmişlər ki, bu gün də marariflənmə işini davam etdirir. Elə müsəlman ölkələri var ki, müharibələr olmadan dinimizi qəbul ediblər və bu gün də Qərb ölkələrində nümunələr minlərlədir.

Din insanların (cəmiyyətlərin) naqis xüsusiyyətlərinə örtük çəkər və müsəlmanların birliyinə, vəhdətliyinə, düşmənlərin təcavüzündən müdafə edər. Dini vasitə kimi istifadə edərək hakimiyyətə gəlmək və ya hakimiyyətdə qalmaq insanlarda dinə qarşı nifrət yaradır və yorur. Vəhabi məzhəbi isə bəşəriyyəti qorxu içərisində saxlamaqla müsəlman ölkələrini dünya güc mərkəzlərinin basqısı altında saxlamağa xidmət edir. Bu nöqteyi nəzərdən vəhabilərlə mübarizə adı altında müsəlman ölkələrini qorxudaraq dövlətçilikdən mərhum edilməsi təhlükəsi ilə üzləşməmək üçün hakimiyyət və dövlət ehtiyatlı iş aparmalıdır. Maarifçilik işi ilə bərabər, ünsiyyət qurmaq məsələsinə də diqqət edilməlidir.

Belə ki, sosial problemləri təmin etmək üçün xarici qüvvələrin təsirlərinin altına düşmək ehtimalını da nəzərə almaq lazımdır. Vətəndaşlarımızın təfəkkürlərində milli və dövlət maraqlarını yaratmaq üçün vətəndaşların hüquqlarını təmin etmək günün vacib məsələlərindəndir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar