Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp” adı altında istifadəçilərin pullarını oğurlayan virus yayılıb


“Eset” antivirus şirkəti istifadəçilərə şəbəkədə mövcud olan troyan təhlükəsi ilə bağlı xəbərdarlıq edib


İKT.lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, şirkət bildirib ki, “TrojanSMS.Agent.ZS” adkanan virus “WhatsApp” formasında maskalanır və istifadəçilərin hesabındakı pulları oğurlayır.
 
Məlumatda deyilir ki, insanlar ziyanverici proqramı mobil əlavələrin saytlarından yükləyirlər. Troyan “WhatsApp” messenceri ilə maskalanır və istifadəçilər tam olaraq məhz bu əlavəni yüklədiklərinə əmin olurlar.
 
Yükləmə zamanı “TrojanSMS.Agent.ZS” virusu yüklənməsi üçün administratorun hüquqi icazəsini istəyir. Məhz bundan sonra da virus planşetlərə, smartfonlara və digər “Android” avadanlıqlara ziyan vurmağa başlayır.
 
Bundan sonra troyan virusu ödənişli nömrələrə SMS məlumatlar göndərərək, avadanlıq barədə məlumatları lazımı yerlərə göndərir, müxtəlif zənglər edərək, istifadəçinin hesabından pulları oğurlamağa başlayır.
 
“Eset” mütəxəssisləri “Android” istifadəçilərini etibarlı antivurus yükləməklə istifadəçilərin özlərini və avadanlıqlarını mühafizə etməyə çağırırlar. Bundan başqa, mütəxəssislər bu tip proqramları ancaq yoxlanılmış mənbələrdən, idealda isə qanuni əlavələr olan mağazalardan əldə etməyi məsləhət görürlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar