Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Windows” Azərbaycandakı istifadəçilərin daha bir problemini həll edib


“Microsoft” korporasiyası bu il oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində yay vaxtına keçidin ləğv olunması ilə bağlı uyğunsuzluğun olmayacağını elan edir


Lent.az-ın xəbərinə görə, bu barədə “APA-Economics” məlumat yayıb.
 
Məlum olduğu kimi, Azərbaycan hər ilin mart və oktyabr aylarının sonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdi. Lakin 2016-cı il mayın 10-da “Microsoft” korporasiyası tərəfindən Azərbaycan ərazisində xüsusi “Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmənin (“Windows Update”) istifadəyə verilməsi sayəsində lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.
 
Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də “Windows” yeniləmələri xidmətini söndürmüş istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək ki, bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.
 
“Microsoft” korporasiyası Azərbaycan ərazisində xüsusi “Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənməni  (“Windows Update”) istifadəyə verib. “Windows”un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yenilənmədən yararlana bilərlər.
 
Beləliklə, bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də yay/qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür. Yay/qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimatı bu linkdədir: https://www.facebook.com/MS.Azerbaijan/posts/1084888808246129

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar